Flag

An official website of the United States government

təfərindən
1 Qısa icmal
Fevral 8, 2024

Fevralın 7-də keçirilən prezident seçkiləri ilə bağlı ABŞ səfirliyinin bəyanatı

Birləşmiş Ştatlar fevralın 7-də keçirilmiş prezident seçkilərinin həqiqi rəqabətin olmadığı məhdud mühitdə baş verməsi ilə bağlı ATƏT-in DTİHB monitorinq missiyasının müşahidələrini və narahatlıqlarını bölüşür.

Azərbaycan öz konstitusiyasında və beynəlxalq öhdəliklərində fundamental azadlıqların və demokratik proseslərin dəstəklənməsinə sadiqliyini ifadə edib. Biz Azərbaycanı bu öhdəlikləri və ATƏT-in DTİHB-nin əvvəlki və gələcək tövsiyələrini yerinə yetirməyə çağırırıq.