Flag

An official website of the United States government

Dağlıq Qarabağda hərbi əməliyyatlara son qoymağa çağırış
təfərindən
2 Qısa icmal
Sentyabr 20, 2023

Dağlıq Qarabağda hərbi əməliyyatlara son qoymağa çağırış

KATİB ANTONİ C. BLİNKENİN BƏYANATI

Birləşmiş Ştatlar Azərbaycanın Dağlıq Qarabağdakı hərbi əməliyyatlarından dərin narahat hissi keçirir və Azərbaycanı bu əməliyyatları dərhal dayandırmağa çağırır. Bu əməliyyatlar Dağlıq Qarabağda onsuz da ağır olan humanitar vəziyyəti daha da pisləşdirir və sülh perspektivlərini sarsıdır. Əvvəllər Azərbaycana açıq şəkildə bildirdiyimiz kimi, mübahisələrin həlli üçün gücdən istifadə yolverilməzdir və regionda ədalətli və ləyaqətli sülh üçün şərait yaratmaq səylərinə ziddir. Biz hərbi əməliyyatları dərhal dayandırmağa və rəsmi Bakı ilə Dağlıq Qarabağ əhalisinin nümayəndələri arasında qarşılıqlı hörmətə əsaslanan dialoqa çağırırıq.