Flag

An official website of the United States government

təfərindən
1 Qısa icmal
Dekabr 8, 2023

Erməni və Azərbaycan əsgərlərinin azad edilməsini alqışlayırıq (Mətbuat katibi Metyu Millerin bəyanatı )

Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın iki azərbaycanlı və otuz iki erməni məhbusun azad edilməsi barədə bəyanatını alqışlayır. Bu öhdəlik tərəflərin sülh sazişini yekunlaşdırmaq və münasibətləri normallaşdırmaq üzərində işlədiyi bir vaxtda mühüm etimadın möhkəmləndirilməsi tədbiridir. Biz Azərbaycan Prezidenti Əliyevin və Ermənistanın Baş Naziri Paşinyanın Cənubi Qafqaz xalqları üçün daha dinc və firavan gələcək üçün zəmin yaratmaq istiqamətində birgə səylərini yüksək dəyərləndiririk.

Birləşmiş Ştatlar davamlı və ləyaqətli sülhə nail olmaq üçün səyləri güclü şəkildə dəstəkləməyə davam edəcək.