Ermənistan və Azərbaycan arasında beynəlxalq şiddətin artması
Mətbuat katibi Ned Praysın bəyanatı
Amerika Birləşmiş Ştatları son vaxtlar Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəddə şiddətin artmasını pisləyir. Gərginliyi azaltmaq üçün dərhal addımlar atmaqla Ermənistanı və Azərbaycanı atəşkəs öhdəliklərinə riayət etməyə çağırırıq.
Ermənistan-Azərbaycan sərhədi boyunca davam edən gərginlik göstərir ki, yalnız bütün problemləri əhatə edən geniş həll yolu hər iki ölkə arasındakı münasibətləri normallaşdıra bilər və bölgə insanlarının sülh içində birgə yaşamasını təmin edə bilər. ABŞ Ermənistanı və Azərbaycanı münaqişənin uzunmüddətli siyasi həllinə nail olmaq üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında əsaslı müzakirələrə mümkün qədər tez qayıtmağa çağırır.