ABŞ səfirliyi yeni elektrik avtomobilini təqdim edir

Diplomatik nömrəli yeni elektrik avtomobili artıq Bakının küçələrində görə bilərsiniz. ABŞ-ın Bakıdaki Səfirşliyinin avtomobil parkına məxsus olan bu maşın Səfirliyin ətraf mühiti qoruyan təşəbbüslərə dəstəyə sadiq olduğunun nümunəsidir. Səfir Müavini Maykl Dikkerson yeni avtomobili Azərbaycanın tanınmış müğənnisi Eldar Qasımov ilə birgə “carpool karaoke” üslubunda çəkilmiş video çarxda təqdim edir.

Səfirlik Eldar və Kaspian Media Qrupu ilə tərəfdaşlıq edərək ətraf mühitin qorunmasında fərqli rol oynayan yeni elektrik maşını təqdim etməkdən məmnunluq duyur. Səfirlik habelə Ləndmark biznes mərkəzinə, ərazisində maşının enerji doldurulma stansiyasını yerləşdirdiyinə görə minnətdarlığını bildirir. Bu maşının gündəlik və səmərəli istifadəsi sayəsində biz yanacağa sərfiyyat edərək, karbon qazının ətraf mühitə tullanmasınıb qarşısını almağa nail olacağıq.

Elektrik maşınların istifadəsinə keçid almaq qərarı Prezident Baydenin 2030-cu il üçün ABŞ-ın atmosferə istixana qazlarının tullantılarının miqdarını yarıya endirmək öhdəliyinə uğun həyata keçirilir. Prezident Bayden həmçinin bəyan etmişdir ki, Amerika etraf mühitə zərərsiz avtomobillərin istifadəsində lider rolunu oynayacaq. O, 2030-cu il üçün elektrik avtomobillərin ümumi satışların 50 faizini təşkil etməsi kimi ambisiyalı məqsədi bəyan etmişdir.

Dünyanın vətəndaşları olaraq biz hamımız sözügedən səylərələ; avtomobillərin istifadəsini azaldmaq, velosipedlərdən istifadə etmək, gəzmək və təbii ki elektrik avtomobillərdən istifadə etməklə dəstək verə bilərik.