Briqada generalı Edvard Voqan Azərbaycana səfər edəcək
14-16 mart tarixlərində ABŞ-ın Avropa Komandanlığının planlaşdırma, strategiya və imkanlar üzrə direktor müavini, briqada generalı Edvard Voqan Azərbaycana səfər edəcək. Bakıya səfəri çərçivəsində briqada generalı Voqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin rəsmiləri ilə görüşlər keçirəcək. Briqada generalı Voqan ABŞ-Azərbaycan təhlükəsizlik tərəfdaşlığı və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.