GIPA Jurnalistika üzrə magistr Proqramı

ABŞ səfirliyi Gürcüstanın İctimai İşlər İnstitutu (GIPA) tərəfindən Azərbaycan vətəndaşları arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulunu elan etməyə məmnundur. ABŞ-ın Azərbaycandakı Səfirliyi tələbələri təhsil haqları daxil olmaqla, Gürcüstanda təhsil müddətinə maliyyə yardımı ilə təmin edəcək. Bu gözəl fürsəti qaçırmayın! Müraciət üçün son tarix 12 may 2017-ci ilədək uzadılıb. Namizədlər ölkədə yaşayan Azərbaycan vətəndaşları olmalıdır. | Daha ətraflı