Hərbi Tibbi Strateji görüşü
ABŞ Səfirliyinin Müdafiə üzrə Əməkdaşlıq Ofisi Hərbi Tibbi Strateji görüşə sponsorluq edib. Tədbirin əsas məqsədi iştirakçılara birgə tibbi imkanların aşkarlanması üçün uzunmüddətli məqsədlərin müəyyən edilməsinə yardım göstərməkdir. Tədbirə ABŞ-ın Avropa Hava Qüvvələri, Quru Qoşunları, Oklahoma National Guard, İngiltərə və Azərbaycandan olan həmkarlar da qatılıb. Tədbir zamanı iştirakçılar Müdafiə Nazirliyinin Hərbi Tibbi Hospitalını ziyarət edib. İştirakçılar həmçinin hospitalın yaxınlığında yerləşən digər hərbi tibbi müəssisəni də ziyarət ediblər. ABŞ-dan gələn iştirakçılar azərbaycanlı və ingilis həmkarları ilə birgə çalışmaqdan məmnun qalıb.