Flag

An official website of the United States government

Dağlıq Qarabağda Humanitar Vəziyyət
təfərindən
2 Qısa icmal
Sentyabr 1, 2023

Dağlıq Qarabağda Humanitar Vəziyyət

Biz layiqli yaşayış üçün zəruri olan ərzaq, dərman və digər malların blokadası nəticəsində Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsindən dərin narahatıq.

Birləşmiş Ştatlar son bir neçə həftə ərzində Dağlıq Qarabağ əhalisinə humanitar yardımın çatmasına üçün tərəflərlə davamlı olaraq işləyib.  Biz humanitar, kommersiya və sərnişin daşımaları üçün Laçın dəhlizinin dərhal yenidən açılmasına çağırışımızı təkrar edirik.

Bundan başqa, Bakıdan olan rəsmilər və Stepanakertdən olan nümayəndələr təxirə salınmadan Dağlıq Qarabağın kişi, qadın və uşaqları üçün vacib ərzaq ehtiyatlarının, o cümlədən əlavə təchizat marşrutlarının daşınması yollarını razılaşdırmaq üçün görüşməli və bütün həll edilməmiş məsələlər üzrə müzakirələri bərpa etməlidilər.

Əsas humanitar yardım heç vaxt siyasi ziddiyətlərin girovu olmamalıdır.