Flag

An official website of the United States government

Dağlıq Qarabağda humanitar yardıma kəskin ehtiyac.
təfərindən
3 Qısa icmal
Sentyabr 10, 2023

Dağlıq Qarabağda humanitar yardıma kəskin ehtiyac.

ABŞ Dağlıq Qarabağda humanitar vəziyyətin sürətlə pisləşməsindən dərin narahatdır. Humanitar yüklərin həm Laçın, həm də Ağdam marşrutlarının yaxınlığında yerləşdirildiyini qeyd edirik və biz Dağlıq Qarabağdakı kişilərə, qadınlara və uşaqlara çox ehtiyac duyulan humanitar ləvazimatların keçməsinə imkan yaratmaq üçün hər iki dəhlizin dərhal və eyni vaxtda açılmasına çağırışımızı təkrar edirik.

Biz həmçinin liderləri gərginliyi artıran və ya bu məqsəddən yayındıran hər hansı addım atmamağa çağırırıq. Mübahisələrin həlli üçün gücdən istifadə yolverilməzdir.

Cənubi Qafqazda son vaxtlar gərginliyin artması fonunda ABŞ layiqli və davamlı sülhə nail olmaq məqsədi ilə Ermənistan və Azərbaycanın həll edilməmiş məsələləri birbaşa dialoq yolu ilə həll etmək səylərini qətiyyətlə dəstəkləməkdə davam edəcək. Biz bir daha bildiririk ki, Ermənistan və Azərbaycan arasında istənilən sülh sazişi Dağlıq Qarabağ sakinlərinin hüquqlarını və təhlükəsizliyini qorumalıdır.

Biz həmçinin Bakı ilə Dağlıq Qarabağ sakinləri arasında dialoqu təşviq edirik.

Birləşmiş Ştatlar bir daha təsdiq edir ki, irəliyə doğru yeganə yol sülh, dialoq və Ermənistan və Azərbaycan arasında bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında münasibətlərin normallaşdırılmasıdır.