ABŞ-ın Azərbaycandakı Səfirliyi Ali Məhkəmənın İlqar Məmmədov və Rəsul Cəfərov Barəsində Bəraət Qərarını Alqışlayır və Müsbət Addımlar Atmağa Çağırır

Birləşmiş Ştatların Azərbaycandakı Səfirliyi Avropa İnsan Hüquqları Məhkəməsinın 2017-ci ildə açıqladığı qərara uyğun olaraq Azərbaycan Ali Məhkəməsi tərəfindən Respublikaçı Alternativ Partiyasının Sədri İlqar Məmmədov barəsində verdiyi bəraət qərarını alqışlayir. Səfirlik həmçinin hüquq müdafiəçisi Rəsul Cəfərov barəsində bəraət qərarının verilməsini alqışlayir. Səfirlik jurnalistlər, vətəndaş cəmiyyəti fəalları, habelə söz azadlığı hüququndan istifadə edən siyasi müxalifət üzvlərinə qarşı aparılan hədə-qorxu və həbs fəaliyyətlərinin sonu üçün atılan müsbət addımları alqışlamağa hazır olduğunu bildirir. Biz xalqlarımızın qarşılıqlı faydası naminə həm yuxarıda göstərilən həmdə başqa məsələlər ilə bağlı dialoq üçün hazır olduğumuzu bəyan edirik.