İlqar Məmmədovun azadlığa buraxılması ilə bağlı bəyanat

Birləşmiş Ştatlar Azərbaycanın Apellyasiya Məhkəməsinin Respublikaçı Alternativ partiyasının sədri İlqar Məmmədovu azad etmək qərarını alqışlayır. Onun məhkum olunması və beş ildən çox həbs edilməsi Azərbaycanda qanunun aliliyi ilə bağlı ciddi narahatlıqlara səbəb olub. Biz hökuməti beynəlxalq öhdəliklərinə və Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına uyğun olaraq ona qarşı bütün ittihamları ləğv etməyə çağrırıq.

Biz Azərbaycan rəsmilərini fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbs edilmiş bütün başqa şəxsləri də azad etməyə çağırırıq.