İqtisadiyyat şöbəsinin əməkdaşı Kris Van Tassel AZCLOUD Hackathon iştirakçılarını salamladı

ABŞ-ın Azərbaycandakı səfirliyinin İqtisadiyyat şöbəsinin əməkdaşı Kris Van Tassel 28-30 avqust tarixlərində Bakı Olimpiya Stadionunda keçiriləcək AZCLOUD Hackathon yarışının iştirakçılarını salamladı. İyirmi komanda bir sıra texniki tapşırıqlar üzrə mübarizə aparacaq və qalib gələn komanda 10.000 manat pul mükafatı alacaq.