Əfqanıstanla bağlı birgə bəyanat

Təhlükəsizlik vəziyyətin gərginləşməsini nəzərə alaraq, ölkəni tərk etmək istəyən əcnəbi vətəndaşların və əfqanların təhlükəsiz və nizamlı şəkildə ölkədən getməsini dəstəkləyirik, bunu təmin etmək üçün çalışırıq və bütün tərəfləri hörmətə çağırırıq. Əfqanıstanda güc və səlahiyyət sahibi olanlar, insan həyatının və əmlakının qorunması, təhlükəsizlik və sivil nizamın dərhal bərpası üçün məsuliyyət daşıyırlar.

Ölkəni tərk etmək istəyən əfqanlara və əcnəbi vətəndaşlara buna icazə verilməlidir; yollar, hava limanları və sərhəd keçidi açıq qalmalı və ictimai sabitlik qorunmalıdır.

Əfqanıstan xalqı təhlükəsiz və ləyaqətli həyata layiqdir. Biz beynəlxalq aləmdə onlara kömək etməyə hazırıq.

18 avqust tarixinə gədər imzalayan ölkələr:
Albaniya, Avstraliya, Avstriya, Azərbaycan, Baham Adaları, Belçika, Braziliya, Bolqarıstan, Burkina Faso, Kabo Verde, Kanada, Mərkəzi Afrika Respublikası, Çad, Çili, Kolumbiya, Kosta Rika, Fildişi Sahili, Xorvatiya, Çexiya, Demokratik Respublikası Konqo, Cibuti, Danimarka, Dominikan Respublikası, Ekvador, Salvador, Ekvatorial Qvineya, Estoniya, Avropa İttifaqin Xarici İşlər və Təhlükəsizlik Siyasəti Məsələləri üzrə Yüksək Səviyyəli Nümayəndəliyi, Mikroneziya Federativ Dövlətləri, Fici, Finlandiya, Fransa, Qabon, Gürcüstan, Almaniya , Qana, Yunanıstan, Qrenada, Qvatemala, Qvineya, Qayana, Haiti, Honduras, Macarıstan, İslandiya, İraq, İrlandiya, İsrail, İtaliya, Yaponiya, İordaniya, Keniya, Kosovo, Küveyt, Latviya, Livan, Liberiya, Liviya, Lixtenşteyn, Litva , Lüksemburq, Madaqaskar, Malavi, Malta, Marşal Adaları, Mavritaniya, Moldova, Monteneqro, Mərakeş, Nauru, Nepal, Hollandiya, Yeni Zelandiya, Niger, Şimali Makedoniya, Norveç, Palau, Panama, Papua Yeni Qvineya, Paraqvay, Filippin, Polşa, Portuqaliya, Qətər, Kipr Respublikası, Respublikası Koreya, Rumıniya, Ruanda, Samoa, Seneqal, Serbiya, Sierra Leone, Slovakiya, Sloveniya, Somali, İspaniya, St. Kitts və Nevis, Sudan, Surinam, İsveç, İsveçrə, Qambiya, Togo, Tonga, Türkiyə, Uqanda, Komorlar Birliyi, Birləşmiş Krallıq, Amerika Birləşmiş Ştatları, Ukrayna, Vanuatu, Yəmən və Zambiya.