Jr.NBA Azərbaycan Liqasının yaradılması
0
Boyük məmnuniyyət hissi ilə Jr.NBA Azərbaycan Liqasının yaradılmasını vurğulamaq istəyirik. İlk dəfə Azərbaycanda dünyada məşhur, milyonlarla azarkeşi olan NBA-nın aşağı yaş qrupları üzrə birincilik keçiriləcək və azərbaycanlı məktəblilər bu liqada oynamaq imkanını qazanacaq. İnanırıq ki, Jr. NBA basketbolun inkişafına təkan verəcək və gənclərin basketbola olan marağını artıracaq. Liqanın ümumi Azərbaycan basketbol təcrübəsinə də töhfəsi böyük olacaq. Səfir Litzenberger Jr.NBA Azərbaycan Liqasının yaradılması xəbərinə çox sevindiyini vurğuladı və ABŞ Səfirliyinin bu yaxınlarda gənclər üçün yaradılan basketbol proqramı, gənclər basketbol liqası və təlimçilər üçün təşkil olunan seminarlardan da söz etdi.