Xəzər Neft və Qaz Sərgisinin 25-ci ildönümü və Cənub Qaz Dəhlizinə ilk qazın buraxılmasına dair Prezident Trampın Prezident Əliyevə Məktubu

Xəzər Neft və Qaz Sərgisinin 25-ci ildönümü və Cənub Qaz Dəhlizinə ilk qazın buraxılması münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm. Azərbaycanla Amerika Birləşmiş Ştatları arasındakı əməkdaşlığın üç onillik tarixinin əhəmiyyətli bir mərhələsini Sizinlə birgə qeyd edirəm.

İlk müstəqilliyinizin 100 illiyini qeyd etdiyiniz bir zamanda, Azərbaycan daha firavan və qlobal iqtisadiyyata hər zamankindən daha çox bağlıdır. Azərbaycanın məhsuldar neft yataqları dünya enerji bazarlarına sabitlik gətirir. Qaz hasilatınız Türkiyə və Avropanın enerji təhlükəsizliyini təmin edəcəkdir.

Mən Azərbaycanı sizin enerji layihələrinizin uğurları üzərində qurulacaq iqtisadi və məhkəmə islahatlarını inkişaf etdirməyə təşviq edirəm. Böyük ölkələrimiz və Qafqaz bölgəsini daha firəvan, dinc və təhlükəsiz etmək üçün birgə işləməyi səbirsizliklə gözləyirəm.