Məcburi köçkün icmasından olan 45 nəfər tələbə ingilis dili kurslarını müvəffəqiyyətlə bitirərək sertifikatlarını alıblar

Gəncə şəhərində yaşayan Kəlbəcər məcburi köçkün icmasından olan 45 nəfər tələbə onlar üçün təşkil olunmuş ingilis dili kurslarını müvəffəqiyyətlə bitirərək sertifikatlarını alıblar. Layihə bir çox tələbəyə xarici dili müxtəlif oyunlar və danışıq klubları vasitəsi ilə təkmilləşdirmək imkanı verib. ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirlimiş TEA proqramının məzunları olan iki nəfər ingilis dili müəllimi də tədris prosessində iştirak edib. Layihə İVLP proqramının məzunu tərəfindən idarə olunub. Layihədə iştirak etmiş və yüksək bal toplamış 18 nəfər tələbə gələn tədris ilindən etibarən növbəti ingilis dili səviyyəsini təkmilləşdirmək üçün kurslara qatılacaq. Tələbələrin bu proqramdan bəhrələndiyini görmək bizim üçün qürurdur.