Mətbuat üçün açıqlama: Kabildə terrorist hücumu

Amerika Birləmiş Ştatları Kabildə 29 adamın həyatına son qoyan və bir sıra cəsur jurnalist və media professionalları da daxil olmaqla onlarla insanı yaralayan qəddar və barbar hücumu şiddətlə qınayır. Yaralanan və öldürülən qurbanların ailələrinə və dostlarına ən dərin başsağlığı diləklərimizi çatdırır və həyatlarını itirənləri hüzünlə anırıq.

Müstəqil media demokratiyanın təməl daşıdır. Əsasən bugünkü hücumda faciəvi şəkildə ölən, lakin cəsarətləri və davamlı işləri Əfqanıstanın inkişaf etməkdə olan və dayanıqlı müstəqil mətbuatının əsasını qoymuş jurnalistlər və media professionalları sayəsində Əfqanıstanda inkişaf etmiş canlı media mühiti bu hücuma tab gətirəcəkdir. Beynəlxalq ictimaiyyətin Əfqan xalqına öhdəliyi və Əfqanıstanda qalıcı bir sülh bu cür hücumlarla sarsılmayacaktır.

Amerika Birləşmiş Ştatları, Əfqan və beynəlxalq tərəfdaşlarla birgə, bu hücumun məsuliyyətini üzərinə götürmüş DAEŞ-i məğlub etmək öhdəliyinə sadiqdir. Əfqanıstan xalqı, müstəqil mediası və hökumətinin yanındayıq və Əfqan xalqının ölkələri üçün sülh, təhlükəsizlik və demokratiya əldə etmə səylərini dəstəkləməyə qərarlıyıq.

 

Veb səhifə idarəetmə bürosu, İctimaiyyətlə əlaqələr bürosu, bu saytı ABŞ Dövlət Departamentindən məlumat üçün bir portal olaraq idarə edir.

Digər İnternet saytlarına çıxışlar orada olan fikirlərin və ya gizlilik siyasətinin təsdiqlənməsi kimi qəbul edilməməlidir