M əhdud sayda F1 tələbə vizalarının yenilənməsi
5 avqust 2020-ci il tarixindən ABŞ-ın Bakı, Azərbaycandakı Səfirliyi məhdud sayda F1 tələbə vizalarının yenilənməsi üçün müraciət ərizələri qəbul edəcəkdir (IW – kuryer vasitəsi ilə müsahibəsiz proqram). Bu xüsusi istisna bütün aşağıda sadalananlar F1 ərizəçilərə şamil olmalıdır:
- Ərizəçi Azərbaycanda daimi yaşayan Azərbaycan pasportu olan Azərbaycan vətəndaşıdır; VƏ
- Ərizəçinin son F1 vizası son 12 ay müddətində bitib; VƏ
- Etibarlı I-20 forması və aktiv SEVIS statusu olmalıdır; VƏ
- Ən son F1 vizasında “Clearance received” sözü olmamalıdır; VƏ
- Sonuncu F1 vizası verildikdən sonra viza etirazları (hər hansı bir viza kateqoriyasında, hər hansı bir ABŞ Səfirliyindən və ya ABŞ konsulluğundan) olmamalıdır; VƏ
- Eyni məktəbə qayıdırlar; VƏ
- Onların qiymətləri məzuniyyətə doğru normal proqresi göstərir.
Ərizəçilər akademik transkriptlərinin bir nüsxəsini öz ərizə sənədləri ilə birlikdə təqdim etməlidirlər.
Kuryer vasitəsi ilə sənədlərini göndərən bəzi tələbələr müsahibədən keçməli ola bilərlər və Konsulluq Şöbəsi gündəlik xidmətlər üçün yenidən açılanda onların müsahibəsi üçün görüş təyin edəcəkdir.