Maliyyələşmə İmkanına dair Bildiriş

ABŞ-ın Azərbaycan, Bakıda Missiyası: İctimai  Diplomatiya Proqramlarının İllik Proqram Bəyanatı

 

Maliyyələşmə imkanının adı:                           İctimai Diplomatiya Proqramlarının İllik Proqram Bəyanatı
Maliyyələşmə imkanının nömrəsi:                  AZ-2019-03
Ərizələrin təqdim edilməsinin son tarixi:       31 dekabr 2019-cu il
CFDA nömrəsi:                                                 19.040
Mövcud ümumi məbləğ:                                   $100,000 ABŞ dolları

 

  1. PROQRAMIN TƏSVİRİ

İllik Proqram Bəyanatı ABŞ Missiyasının ictimai diplomatiyasının Azərbaycanda və Birləşmiş Ştatlarda insanlar arasında əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi, media əlaqələrinin genişləndirilməsi və sadalanan xüsusi məqsədlərlə yerli tərəfdaşlığı yaratmaq və gücləndirmək məqsədilə həyata keçirdiyi layihələr üçün təklifləri qəbul edir. İctimai diplomatiya proqramına mədəniyyət proqramları, təhsil mübadilələri, sahibkarlar üçün seminarlar və təlimlər, ingilis dili proqramı, təhsil sistemlərinin yeniləşdirilməsi və təkmilləşdirilməsi, elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) təhsilinin təşviqi və peşəkar jurnalistikanın təşviqi daxildir.

Bütün proqramlar ABŞ Missiyasının məqsədinin inkişafına xidmət göstərməli, ABŞ-ın mədəniyyət sahəsini özündə birləşdirməli və ya ABŞ siyasətlərini və perspektivlərini anlamaqda kömək edəcək xüsusi bir sahədə Amerika mütəxəssisləri, təşkilatları və ya qurumları ilə əlaqə yaratmalıdır. PAS proqramı fəaliyyətlərinin nümunələri aşağıdakılardan ibarətdir, lakin onlarla məhdudlaşmır:

  • Sahibkarlıq, STEM, təhsil siyasəti və islahatlar mövzusunda akademik və peşəkar mühazirələr, seminarlar və spiker proqramları;
  • Bədii və mədəni seminarlar, birgə çıxışlar və sərgilər;
  • Mədəni irsin qorunması və mühafizəsi proqramları;
  • Peşə və akademik mübadilələr və proqramlar;
  • İngilis dili proqramları;
  • Peşəkarlar üçün təlim və seminarlar;
  • Gənclərin, qadınların və ya həssas əhalinin cəlb edilməsi üçün proqramlar.

Proqramın icra dövrü: Təklif olunan proqramlar 12 ay və ya daha az müddətdə tamamlanmalıdır.

 

  1. İŞTİRAK SƏLAHİYYƏTİNƏ DAİR MƏLUMAT

Sənədlər müvafiq təcrübəyə malik olan Azərbaycan qurumları tərəfindən təqdim olunur. Bu təcrübə təklifdə sənədlərlə sübut edilməlidir. İştirak səlahiyyəti olan şəxslər aşağıdakılardır: qeyri-kommersiya, vətəndaş cəmiyyəti/qeyri-hökumət təşkilatları, ictimai təhsil müəssisələri və fərdlər. Kommersiya müəssisələrinin müraciət etmək hüququ yoxdur. Maliyyə və proqram tələblərinin şərtlərinə əməl etməmiş əvvəlki federal maliyyə vəsaiti alıcıları müraciət edə bilməzlər. Ərizəçi bütün tətbiq olunan şərtlərə, tələblərə və İdarəetmə və Büdcə Ofisinin təlimat və tələblərinə əməl etmək məsuliyyəti daşıyır. Qeyri-uyğunluğa yol verdikləri aşkar edilən təşkilatlar, maliyyələşdirilmə üçün seçildikləri təqdirdə, maliyyələşdirilmə üçün müvafiq hesab edilməyə və ya yüksək riskli təşkilatlar hesab edilə bilərlər.

Ərizələrin təqdim edilməsinin son tarixi:  31 dekabr 2019-cu il.

Əlavə məlumat:. ƏRİZƏ VƏ MƏLUMATIN TƏQDİM EDİLMƏSİ