Müvəqqəti işlər vəkili Uilyam Gil “SHE Congress” beynəlxalq tədbirdə çıxış edib.

Müvəqqəti işlər vəkili Uilyam Gil qadınların liderlik və sahibkarlığına dair Bakıda keçirilən “SHE Congress” adlı beynəlxalq tədbirdə çıxış edib. Tədbirin əsas məqsədi özəl və içtimai sektorda mühüm nailliyyətlər əldə etmiş qadın liderləri, biznes sahiblərini və mütəxəssisləri bir araya gətirərək onların təcrübə və biliklərini gənc sahibkarlar, universitet məzunları və karyerasını yeni başlamış xanımlarla paylaşmaq idi. Cənab Gil çıxışında qadınların cəmiyyətdə və iqtisadiyyatdakı rolu və qadınlar üçün olan biznes, eləcə də sosial sahibkarlıq imkanları haqqında danışıb.