Müvəqqəti İşlər Vəkili Vilyam Gil AzETA 12-ci Beynəlxalq Müəllimlər Konfransının açılışında çıxış edib

Müvəqqəti İşlər Vəkili Vilyam Gil AzETA 12-ci Beynəlxalq Müəllimlər Konfransının açılışında çıxış edərək Azərbaycanın inkişafında İngilis dilinin vacibliyindən danışıb. O, müəllimlərin gələcək liderlərin yetişməsində rolunu vurğulayıb və AzETA-nı İngilis dili müəllimlərinə davamlı professional inkişafda göstərdiyi dəstəyə görə tərifləyib. İngilis dilində danışmaq bacarığı gənclərə yeni imkanlar yaradır və biz ABŞ Səfirliyi olaraq İngilis Dili proqramlarını dəstəkləməkdən qürur hissi duyuruq.