Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi “Next Level Azerbaijan” proqramında iştirak etmək üçün ərizə qəbuluna start verdi!
İştirakçılar üçün əsas tələblər və meyarlar:
- 16-30 yaş arası olan – MC, Beatbox, Graffiti, və ya Hip-Hop və digər rəqs növlərilə məşğul olan gənclər və rəqqaslar
- 2017 –ci il oktyabr ayının 16-dan 28-dək proqramda tam iştirak etmək üçün müsait olmalı ( 16-24 dək nahardan sonra, 25-28 dək isə tam gün)
- Paytaxt və reqion auditoriyaları qarşısında səhnədə çıxış və ya ifa etməkdən çəkinməməli və sərbəst olmalı
- Komanda işini sevməli və punktual olmalı
Proqramın iş cədvəli:
- 21 sentyabr – 5 oktyabr ərizələrin qəbulu
- 5 -12 oktyabr iştirakçıların seçimi
- 16-19 oktyabr təlim və məşqlər
- 20 oktyabr istirahət günü
- 21-23 oktyabr təlim və məşqlər
- 24 oktyabr istirahət günü və yekun çıxış üçün təlim iştirakçıları arasından seçimin aparılması
- 25-26 oktyabr yekun repetisiyalar
- 27 oktyabr səhnədə yekun çıxış ( Bakı)
- 28 oktyabr səhnədə yekun çıxış ( Mingəçevir )
Proqrama müraciət etmək üçün əlavə edilmiş ərizə formasını azərbaycan, ingilis və ya rus dillərində dolduraraq next.level.aze@gmail.com elektron ünvanına göndərməyiniz xahiş olunur.
Proqramla bağlı əlavə suallar üçün 050 626 66 20 mobil nömrəsinə zəng edə bilərsiniz.