Flag

An official website of the United States government

Maliyyələşmə İmkanına dair Bildiriş
təfərindən
41 Qısa icmal
Mart 7, 2023

Maliyyələşmə imkanının adı:                      ABŞ Səfirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin İllik Proqram Bəyanatı Maliyyələşmə imkanının nömrəsi:              DOS-AZE-PD-23-01
Ərizələrin təqdim edilməsinin son tarixi:   December 23, 2023
CFDA nömrəsi:                                             19.040 – İctimai Diplomatiya Proqramları
Mövcud ümumi məbləğ:                              $55,000
Hər mükafat üçün maksimum məbləğ:      $25,000

 

 

  1. PROQRAMIN TƏSVİRİ

 

ABŞ səfirliyinin Bakıdakı İctimaiyyətlə Əlaqələr şöbəsi İctimai Diplomatiya Kiçik Mükafatlar Proqramı  çərçivəsində maliyyələşdirmə imkanlarını elan etməkdən məmnundur. Bu, maliyyələşdirmə prioritetlərimizi, diqqət mərkəzində saxladığımız strateji mövzuları və maliyyələşdirmə üçün sorğuların təqdim edilməsi prosedurlarını əks etdirən İllik Proqram Bəyanatıdır. Aşağıda verilmiş bütün təlimatları diqqətlə izləyin.

 

ABŞ-nin Bakıdakı səfirliyi tərəflər arasında ortaq dəyərləri vurğulayan və ikitərəfli əməkdaşlığı təşviq edən mədəni və mübadilə proqramları vasitəsilə Birləşmiş Ştatlar və Azərbaycan arasında əlaqələri genişləndirən və gücləndirən layihələr üçün təkliflərə açıqdır. Bütün proqramlar ABŞ siyasəti və perspektivlərini daha yaxşı anlamaq kömək edəcək və xüsusi sahədə Amerika ekspert/mütəxəssisləri, təşkilatları və ya qurumları ilə əlaqəni əhatə etməlidir

 

İctimai əlaqələr departamentinin “Kiçik Mükafatlar” proqramına aşağıdakılar aiddir, lakin bununla məhdudlaşmır:

  • Amerika akademik standartlarını daha yaxşı başa düşmək üçün təhsil müəssisələri arasında əlaqələri gücləndirən proqramlar
  • Dezinformasiya ilə mübarizə və şəffaflığın artırılmasında yerli mediada dəstək üçün təşviq olunan proqramlar
  • İncəsənət və mədəniyyət seminarları, birgə tamaşalar və sərgilər
  • Mədəni irsin qorunması və mühafizəsi proqramları
  • Peşəkar və akademik mübadilələr və proqramlar

 

Proqramların prioritet istiqamətləri:

  • Cənubi Qafqazda regional əməkdaşlıq və qarşılıqlı əlaqə
  • ABŞ – Azərbaycan arasında iqtisadi əlaqələrinin gücləndirilməsi
  • Yaşıl enerji və digər iqtisadi və ekoloji davamlılıq təşəbbüsləri
  • Qanunun aliliyi, gender bərabərliyi və insan azadlıqlarına və hüquqlarına hörmət
  • Media savadlılığını təşviq edən və yaxud dezinformasiya ilə mübarizə aparan proqramlar

 

 

 

İştirakçılar və Auditoriya:

 

Seçilmiş proqramlar irqi, etnik, dini, coğrafi, cinsi və əlilliyi olan azlıqlarla və aztəminatlı qruplarla birgə işləməlidir. Təkliflər aztəminatlı və məhdud çıxışlı icmalarla işin bu proqramın məqsəd və vəzifələrinə, eləcə də iştirakçıların təcrübəsinə necə təsir edəcəyini göstərməlidir. Müraciət edənlər rəhbər prinsiplər kimi müxtəliflik və inklyuziv layihələr həyata keçirməyə çalışmalıdırlar.

 

Aşağıdakı proqram növləri maliyyələşdirilməyə uyğun deyil:

 

  • Partizan siyasi fəaliyyət ilə əlaqəli olan proqramlar
  • Xeyriyyə proqramları
  • Tikinti və bərpa işləri proqramları
  • Xüsusi dini fəaliyyətləri dəstəkləyən proqramlar
  • Vəsait toplama kampaniyaları
  • Xüsusi qanunvericilik üçün lobbiçilik proqramları
  • Elmi tədqiqat
  • Təşkilatın böyüməsi və ya institusional inkişafı üçün nəzərdə tutulmuş proqramlar
  • Mövcud proqramları təkrarlayan proqraml

 

 

  1. FEDERAL MALİYYƏ VƏSAİTİNƏ DAİR MƏLUMAT 

İcra müddətinin uzunluğu: ən çoxu 12 ay

Təqdim olunan maliyyə vəsaitlərinin sayı: mövcud pul vəsaitlərinə görə 10-a qədər maliyyə vəsaiti

Vəsaitin məbləği: vəsaitlər minimum 10,000 ABŞ dollarından maksimum 25.000 ABŞ dollarına qədər dəyişə bilər

Mövcud olan maliyyə məbləği: $55,000

Maliyyələşmə növü: FY 23/24 İctimai Diplomatiya Fondları, vəsaitin mövcudluğundan asılıdır.

Proqramın nəzərdə tutulan başlanğıc tarixi: müvafiq razılaşmaya əsasən

 

Qanunvericiliyin, maliyyələşdirmə növü: Mükafat

 

 

 

  1. İŞTİRAK SƏLAHİYYƏTİNƏ DAİR MƏLUMAT

 

Sənədlər müvafiq təcrübəyə malik olan Azərbaycandan və ABŞ-dən olan qurumlar tərəfindən təqdim olunur. Bu təcrübə təklifdə sənədlərlə sübut edilməlidir. İştirak səlahiyyəti olan şəxslər aşağıdakılardır: qeyri-kommersiya, vətəndaş cəmiyyəti/qeyri-hökumət təşkilatları, dövlət təhsil müəssisələri və fərdlər. Kommersiya müəssisələrinin müraciət etmək hüququ yoxdur. Maliyyə və proqram tələblərinin şərtlərinə əməl etməmiş əvvəlki federal maliyyə vəsaiti alıcıları müraciət edə bilməzlər. Ərizəçi bütün tətbiq olunan şərtlərə, tələblərə və İdarəetmə və Büdcə Ofisinin təlimat və tələblərinə əməl etmək məsuliyyəti daşıyır. Qeyri-uyğunluğa yol verdikləri aşkar edilən təşkilatlar, maliyyələşdirilmə üçün seçildikləri təqdirdə, maliyyələşdirilmə üçün müvafiq hesab edilməyə və ya yüksək riskli təşkilatlar hesab edilə bilərlər.

 

Gəlir məqsədli və ya kommersiya təşkilatları müraciət edə bilməz.

 

  1. Xərclərin bölüşdürülməsi və ya uyğunlaşdırma

 

Xərclərin bölüşdürülməsi məcburi olmasa da, ərizəçilərdən təklif olunan layihə büdcəsinə öz töhfələrini daxil etmələri xahiş olunur, bu töhfə qeyri-nağd pul şəklində ola bilər (avadanlıq, işçi qüvvəsi, proqram materialları və s.).

 

  1. İştirak səlahiyyəti ilə bağlı digər tələblər

 

Maliyyə vəsaiti almaq hüququ qazanmaq üçün bütün təşkilatlar www.SAM.gov vebsaytı vasitəsilə əldə olunan Unikal Müəssisə İdentifikatoruna, eləcə də www.SAM.gov saytında hüquqi qüvvəyə malik qeydiyyata malik olmalıdırlar. Lütfən, bu qeydiyyatı necə əldə etməyə dair məlumat üçün

 

D.3 Bölməsinə baxın. Fərdi şəxslərdən Unikal Müəssisə İdentifikatoruna malik olmaq və ya SAM.gov-da qeydiyyatdan keçmək tələb olunmur

 

  1. ƏRİZƏ VƏ MƏLUMATIN TƏQDİM EDİLMƏSİ

 

  1. Sorğu Ərizəsi Paketinə baxın

 

Aşağıda sadalanan ərizə formaları istək əsasında mövcuddur. Bunun üçün BakuPASPrograms@state.gov elektron ünvanına müraciət edə bilərsiniz. Məktubda fərd və ya təşkilat qismində müraciət etdiyinizi qeyd edin.

 

Zəhmət olmasa, aşağıdakı bütün təlimatları diqqətlə oxuyun. Bu elanın tələblərinə cavab verməyən və ya göstərilən tələblərə uyğun gəlməyən təkliflər qəbul edilməyəcək.

 

Ərizənin məzmunu

Lütfən, aşağıdakıları təmin edin:

  • Təklif bu maliyyələşmə imkanının məqsəd və vəzifələrini aydın şəkildə göstərməlidir cavab verməlidir.
  • Bütün sənədlər ingilis dilində təqdim edilməlidir.
  • Bütün büdcələr ABŞ dollarındadır.
  • Bütün səhifələr nömrələnməlidir.
  • Bütün Microsoft Word sənədləri adi ara məsafəsinə malik olmalı, ən azı 1 düyüm kənarla 12 şriftdə Calibri-də çap edilməlidir.

 

Müraciətlər  BakuPASPrograms@state.gov elektron poçtuna göndərilməlidir. Zəhmət olmasa, bütün qoşmaları bir e-poçt mesajında göndərdiyinizə və e-poçtun mövzu hissəsində adınızı, soyadınızı və proqramınızın adını daxil etdiyinizə əmin olun. Müraciətlər 22 dekabr 2023-cü il saat 17:00-a qədər (Bakı vaxtı ilə) təqdim edilməlidir, lakin bütün il ərzində ardıcıl olaraq qiymətləndiriləcəkdir.

 

 

Aşağıdakı sənədlər tələb olunur:

 

  1. Məcburi ərizə forması (BakuPASPrograms@state.gov elektron ünvanına müraciət etməklə əldə edə bilərsiniz)
  • SF-424 (Federal Yardım üçün ərizə – təşkilatlar) və ya SF-424-I (Federal Yardım üçün Ərizə – fərdlər)
  • SF424A (Qeyri-tikinti proqramları üçün büdcə məlumatları)
  • SF 424B (Qeyri tikinti proqramları üçün təminat formasi)

 

  1. Xülasə səhifəsi: Ərizəçinin adını və təşkilatını, təklif tarixini, proqramın başlığını, təklif olunan başlanğıc və bitmə tarixinin proqram dövrünü və proqramın qısa məqsədini göstərən məlumat vərəqəsi.

 

  1. Təklif (maksimum 4 səhifə): Təklifdə kifayət qədər məlumat verilməlidir ki, onunla tanış olmayan istənilən şəxs ərizəçinin nə etmək istədiyini başa düşə bilsin. Öz təklif formatınızdan istifadə edə bilərsiniz, lakin ona aşağıdakı bütün maddələr daxil edilməlidir.
  • Təklifin xülasəsi: Proqramın məqsədləri və gözlənilən təsir daxil olmaqla, təklif olunan proqramı əks etdirən qısa məlumat.
  • Təşkilat və ya fərdi müraciət barədə məlumat: Proqramı həyata keçirmək qabiliyyətini göstərən keçmiş və indiki əməliyyatlar haqqında təsvir, o cümlədən ABŞ səfirliyinin və / və ya ABŞ hökumətinin bütün əvvəlki maliyyə vəsaitlərinə dair məlumat.
  • Problemin göstərilməsi: aradan qaldırılacaq problemə dair aydın, qısa və yaxşı əsaslandırılmış məlumat və təklif olunan proqramın nə üçün lazım olduğuna dair məlumat.
  •  Proqramın məram və məqsədləri: “məqsədlər” proqramın nəyə nail olmaq üçün nəzərdə tutulduğunu təsvir edir. “Məqsədlər” hissəsi məqsədlərə nail olmaq üçün ara nəticələrə istinad edir. Bunlar əlçatan və ölçüləbilən olmalıdır.
  • Proqramın fəaliyyətləri: Proqramın fəaliyyətlərini və məqsədlərə nail olmaq üçün necə kömək edəcəklərini təsvir edin.
  • Proqramın metodları: Proqramın göstərilən problemi həll etmək və məqsədə nail olmaq üçün necə tətbiq ediləcəyinin təsviri.
  • Təklif olunan proqram cədvəli və vaxt müddəti: proqram fəaliyyətinin təklif olunan müddətləri. Planlaşdırılmış fəaliyyətlərin və hadisələrin tarixlərini, vaxtlarını və yerlərini daxil edin.
  • Əsas Personal: Proqramda iştirak edən əsas personalın adları, vəzifələri, rolları və təcrübəsi/ixtisasları. Onların vaxtının hansı hissəsi bu proqramın dəstəklənməsi üçün istifadə olunacaq?
  • Proqram tərəfdaşları: Əsas tərəfdaş təşkilatların və sub-podratçıların adlarını  və cəlbedilmə növünü qeyd edin.
  • Proqram Monitorinqi və Qiymətləndirmə Planı: Bu, uğurlu layihələrin vacib hissəsidir. Layihə dövründə fəaliyyətlərin vaxtında baş verməsini təmin etmək üçün fəaliyyətlərə necə nəzarət ediləcək və proqramın maliyyə vəsaitinin məqsədlərinə çatdığına əmin olmaq üçün necə qiymətləndiriləcək?
  • Gələcək Maliyyələşmə və ya Davamlılıq: Ərizəçinin proqramı maliyyə vəsaiti dövründən kənar davam etdirməsi planı və ya mövcud olduqda, digər resursların mövcudluğu.

 

  1. Büdcənin əsaslandırılmasına dair məlumat: SF-424A Büdcəsini (yuxarıda) doldurduqdan sonra hər bir büdcə xərcini ətraflı şəkildə təsvir etmək üçün ayrı-ayrı kağız blankından istifadə edin. Daha ətraflı məlumat üçün “Digər məlumatlara” dair H Bölməsinə baxın: Büdcə Təqdimatlarına dair təlimat.

 

  1. Qoşmalar:

 

  • 1 səhifəli CV və ya proqram üçün təklif olunan əsas personalın CV-ləri
  • Proqram tərəfdaşlarından hər tərəfdaşın rolları və məsuliyyətlərini təsvir edən məktublar
  • Təşkilatınız NICRA-a (Dolayı Xərclər Tarifinə dair Razılaşma) malikdirsə və büdcəyə NICRA xərcləri daxil edilərsə, sizin son NICRA-nız PDF faylı kimi daxil edilməlidir.
  • Proqramın fəaliyyəti üçün tələb olunduğu təqdirdə, rəsmi icazə məktubları

 

Unikal Müəssisə İdentifikatoru və Vəsaitin İdarə edilməsi Sistemində (SAM.gov) (Qeyd: Bu bölüm məcburidir və şərti deyildir, yalnız fərdlər üçün elan olunan NOFO-lar istisnadır)

 

Tələb olunan qeydiyyatlar:

 

ABŞ-da və yaxud başqa ölkədə yerləşməsindən asılı olmayaraq, bütün təşkilatların Unikal Qurum İdentifikatoru (UEI) və SAM.gov saytında aktiv qeydiyyatları olmalıdır. Unikal Müəssisə İdentifikatoru (UEI) bütün Federal mükafatlar üçün 109-282 İctimai Qanun, Federal Maliyyələşdirmə Hesabatlılığı və Şəffaflıq Aktı (FFATA) ilə mandatlaşdırılan məlumat elementlərindən biridir.

Qeyd: Qeyd: 2022-ci ilin aprelindən etibarən DUNS nömrəsi artıq tələb olunmur.

2 CFR 200 sub-mükafatlar üçün Unikal Qurum İdentifikatoru (UEI) nömrəsi almağı tələb edir. Nəzərə alın ki, sub-mükafatlar üçün Unikal Qurum İdentifikatoru (UEI) müraciət zamanı tələb olunmasa da, sub-mükafatdan əvvəl tələb olunacaq.

 

Qeyd: SAM.gov saytında qeydiyyatən əldə olunması və yenilənməsi 4-8 həftə çəkə bilər. Qeydiyyat üçün ən qısa zamanda başlayın.

 

  • ABŞ-da yerləşən və yaxud işçiləri olan təşkilatlar  Daxili Gəlir Xidmətindən (IRS)  İşçi İdentifikator Nömrəsi(EIN) əldə etməli və SAM.gov saytı üçün Unikal Qurum İdentifikatoru (UEI)-na sahib olmalıdırlar.

 

  • ABŞ xaricində yerləşən və ya işçiləri olmayan təşkilatların Daxili Gəlir Xidmətindən (IRS)  İşçi İdentifikator Nömrəsi(EIN)-nə ehtiyac yoxdur, yalnız SAM.gov saytı üçün Unikal Qurum İdentifikatoru (UEI)-na sahib olmalıdırlar.

 

  • Xahiş edirik nəzərə alasınız ki, 2022-ci il Noyabr və Fevral tarixlərindən etibarən ABŞ xaricində yerləşən ABŞ Müdafiə Departamentinin (DoD) mükafatlarına müraciət etmək niyyətində olmayan şəxslərdən qeyri-DoD xarici yardım maliyyələşdirmə imkanlarına müraciət etmək üçün artıq NATO Kommersiya və Hökumət Təşkilatı (NCAGE) kodu və ya CAGE kodu tələb olunmur. Əgər müraciətçilər qeydiyyat zamanı, özlərinin SAM.gov saytından CAGE və ya NCAGE kodunu silmək istəsələr, müraciətçilər help desk bileti ilə fsd.gov saytından müraciət etməlidirlər: “Mən Müdafiə Nazirliyindən maddi yardım tələb etmək istəyində deyiləm.  Mən CAGE və ya NCAGE kodu əldə etmək istəmirəm. Başa düşürəm ki,bu problem həll edildikdən sonra, qeydiyyatımı aktivləşdirmək üçün qeydiyyatımı təqdim etməliyəm.”

 

ABŞ-dan kənarda yerləşən və DoD ilə iş görməyi planlaşdırmayan təşkilatlar aşağıdakı təlimatlara əməl  etməlidirlər:

Addım 1: Unikal Qurum İdentifikatoru (UEI) əldə etmək üçün, SAM.gov saytına keçid etmək və qeydiyyat tamamlamaq lazımdır.  SAM.gov  qeydiyyatı hər il yenilənməlidir.

ABŞ-dan kənarda yerləşən və DoD ilə iş görməyi planlaşdıran təşkilatlar aşağıdakı təlimatlara əməl etməlidirilər:

Addım 1 : Aşağıda linki göstərilmiş NSPA NATO vebsaytındakı təlimatlara əməl etməklə NCAGE koduna müraciət edin:

NCAGE Əsas Səhifəsi:

https://eportal.nspa.nato.int/AC135Public/sc/CageList.aspx

NCAGE Kod Sorğu Aləti (NCRT):

İstisnalar:

Bəzi hallarda Unikal Qurum İdentifikatoru (UEI) və sam.gov-da qeydiyyat üçün bəzi istisnalara icazə verilə bilər:

  • Müracətçilərin kimliyi, onların missiyalarına, təşkilatın statusuna, işçilərinə və ya şəxslərə qarşı təhlükələrdən qorunmaq üçün qorunmalıdır;
  • Əgər, Federal Mükafatlandırma Agentliyi müraciətçinin qeydiyyatına mane olan fövqəladə hallar haqqında qərar qəbul edə bilər. Belə olan halda, Federal mükafatlandırma agentlikləri, alıcıdan mükafatın verildiyi vaxtdan 30 gün ərzində Unikal Qurum İdentifikatoru almasını və SAM.gov qeydiyyatını tamamlamasını tələb edir.

Unikal Qurum İdentifikatoru (UEI) və SAM.gov qeydiyyatı zamanı tələblərdən azad olmaq istəyən təşkilatlar, NOFO üçün qoyulmuş son qeydiyyat tarixindən ən azı 2 həftə əvvəl NOFO-da qeyd olunmuş əlaqə nöqtələrinə müraciətlərini əsaslandıraraq e-poçt vasitəsilə göndərməlidirlər. Ərizəyə baxılmasının uyğunluğunun təsdiqi SAM.gov-un Qrantlar üzrə Katib tərəfindən verilməlidir.

Qeyd: SAM.gov Dövlət Departamentinin saytı deyil, Bakıdakı ABŞ səfirliyi bu əməliyyatlara daxil deyil. Xahiş olunur ki, qeydiyyat prosesi ilə bağlı bütün sualları SAM.gov helpsdesk-ə ünvanlayasınız.

Ərizələrin qəbulu  22 dekabr 2023-ci il tarixinədək nəzərdə tutulub və vaxtaşırı  qiymətləndiriləcəkdir.

Təqdimetmə ilə bağlı digər tələblər

 

Bütün ərizə materialları e-poçt vasitəsilə təqdim edilməlidir: BakuPASPrograms@state.gov

 

Təkliflər 22 dekabr 2023-cü il tarixinə qədər ardıcıl olaraq nəzərdən keçiriləcək və maliyyələşdiriləcək.

 

 

Ərizələrin qəbulu 22 Dekabr, 2023-cü il tarixinə qədər

 

 

  1. ƏRİZƏYƏ BAXILMASINA DAİR MƏLUMAT

 

  1. Meyarlar

 

Hər bir ərizə aşağıda göstərilən qiymətləndirmə meyarlarına əsasən qiymətləndiriləcəkdir. Müraciətçi ərizənin keyfiyyətinə və qiymətləndirmə meyarlarına uyğun olaraq qərar veriləcək.

 

Proqramın keyfiyyəti və həyata keçirilməsi mümkünlüyü-20 bal: Proqramın məqsədi onun yaxşı işlənib hazırlanmasından və proqramın fəaliyyətinin necə aparılacağı barədə ətraflı məlumatın verilməsindən ibarətdir. Təklifə məqbul icra vaxtı daxildir.

Təşkilatın potensial və resursları, və əvvəlki maliyyə vəsaitinə dair qeydlər-20 bal: Təşkilat öz fəaliyyət sahəsində təcrübəyə malikdir və federal vəsaitləri idarə etmək üçün daxili nəzarətə malikdir. Buraya, maliyyənin idarəetmə sistemi və bank hesabı daxildir.

Proqramın planlaşdırılması/Məqsədlərə nail olmaq bacarığı-15 bal: Məram və məqsədlər aydın şəkildə göstərilir və proqram yanaşması, təklif olunan nəticələrə nail olmaq üçün maksimum təsir göstərə bilər.

Büdcə-10 bal: Büdcənin əsaslandırılması ətraflı şəkildə verilir. Xərclər təklif olunan fəaliyyətlərə və gözlənilən nəticələrə görə məqbuldur. Büdcə təklif olunan fəaliyyətlərə nail olmaq üçün bütün zəruri xərcləri nəzərə alaraq, realdır.

Monitorinq və qiymətləndirmə planı-15 bal: Ərizəçi əsas göstəricilərlə müqayisədə proqramın uğurunun ölçülməsini nümayiş etdirir və təklifdə göstərilən məqsədlərə doğru irəliləyişləri göstərmək üçün mərhələlər təqdim edir. Proqram məlumat və nəticə göstəricilərini əhatə edir və göstərilənlərin necə və nə vaxt ölçüləcəyini göstərir. Zəhmət olmasa planınızı təqdim edin.

Davamlılıq-10 bal: Proqramın fəaliyyətləri proqramın bitməsindən sonra müsbət təsir göstərməyə davam edəcəkdir.

Bərabərliyə və diqqətdən kənar icmalara dəstək – 10 bal: Təkliflər proqramın bərabərliyi necə dəstəkləyəcəyini və inkişaf etdirəcəyini və proqramın idarə edilməsi, dizaynı və həyata keçirilməsinə diqqətdən kənar qalan icmaları necə cəlb edəcəyini aydın şəkildə nümayiş etdirməlidir.

  1. Nəzərdən keçirmə və seçim prosesi

 

Təkliflərin yoxlanılması komitəsi uyğun olan bütün ərizələri nəzərdən keçirəcək.

 

 

Maliyyələşdirmə fürsəti ilə bağlı bildiriş əsasında hər hansı bir Federal mükafat üçün, əgər Federal təltif təşkilatı ümumi Federal payın icra müddəti ərzində sadələşdirilmiş əldəetmə həddindən artıq olacağını təxmin edərsə (bax §200.01 Sadələşdirilmiş Alınma Həddi), bu hissə həm də ərizəçilərə məlumat verməlidir ki, :

 

 

  1. Federal mükafatlandırma agentliyi sadələşdirilmiş əldəetmə həddindən artıq Federal payın ümumi məbləği ilə Federal mükafat verməzdən əvvəl, SAM.gov vasitəsilə əldə edilə bilən ABŞ hökumətinin təyin etdiyi bütövlüyü və performans sistemində olan ərizəçi haqqında hər hansı məlumatı nəzərdən keçirməli və nəzərdən keçirməlidir. (bax 41 U.S.C. 2313);

 

  1. Ərizəçi, öz seçimi ilə, federal mükafatlandırma agentliyinin əvvəllər daxil etdiyi SAM vasitəsilə əldə edilə bilən təyin olunmuş bütövlük və performans sistemlərində özü haqqında hər hansı məlumatı nəzərdən keçirə və şərh edə bilər.

 

iii. Federal mükafatlandırma agentliyi, ərizəçinin dürüstlüyü, iş etikası və Federal Mükafatlar üzrə fəaliyyət göstəriciləri haqqında qərar qəbul edərkən, təyin edilmiş dürüstlük və performans sistemindəki digər məlumatlara əlavə olaraq,  §200.205 Federal mükafatlandırma agentliyinin ərizəçilərin yaratdığı risklərin nəzərdən keçirilməsində təsvir olunduğu hər hansı şərhini nəzərə alacaq.

 

 

 

 

  1. F. FEDERAL MÜKAFAT İDARƏSİ HAQQINDA MƏLUMAT

 

Resipient yalnız Mükafatlar üzrə məsul şəxs tərəfindən imzalanmış maliyyə mükafatı sənədində göstərilən başlanğıc tarixindən başlayaraq proqram xərclərini çəkməyə başlaya bilər.

Əgər təklif maliyyələşdirmə üçün seçilərsə, Dövlət Departamentinin gələcəkdə hər hansı əlavə maliyyə təmin etmək öhdəliyi yoxdur. Maliyyələşdirməni artırmaq və ya icra müddətini uzatmaq üçün mükafatın yenilənməsi Dövlət Departamentinin ixtiyarındadır.

Bu NOFO-nun verilməsi ABŞ hökuməti tərəfindən mükafat öhdəliyi təşkil etmir və ABŞ hökumətini təkliflərin hazırlanması və təqdim edilməsi zamanı çəkilən xərcləri ödəməyi öhdəsinə götürmür. Bundan əlavə, ABŞ hökuməti alınan hər hansı və ya bütün təklifləri rədd etmək hüququnu özündə saxlayır.

G.FEDERAL MALİYYƏ VƏSAİTİ AGENTLİYİNİN ƏLAQƏ MƏLUMATLARI

 

Maliyyə vəsaiti üçün müraciət ilə bağlı hər hansı bir sualınız olarsa, zəhmət olmasa, əlaqə saxlayın: BakuPASPrograms@state.gov

 

 

Qeyd: NOFO-da ünvanlanan ərizə ilə bağlı suallar üçün heç bir əvvəlcədən məsləhətlər vermirik. Ərizə təqdim edildikdən sonra Dövlət Departamentinin rəsmiləri və əməkdaşları – həm Departamentdə, həm də xaricdəki səfirliklərdə – bütün təklifin nəzərdən keçirilməsi prosesi başa çatana qədər ərizəçilərlə bu müsabiqəni müzakirə edə bilməzlər.

 

  1. DİGƏR MƏLUMATLAR

Büdcənin əsaslandırılmasına dair göstərişlər

 

Personal üçün və əlavə güzəştlər: Proqramda ərizəçi üçün birbaşa işləyəcək müvəqqəti və ya daimi personalın əmək haqqı, məvacibi və güzəştlərini və proqrama sərf edəcəkləri vaxtın faizini göstərin.

Ezamiyyə: Bu proqram üçün və məsləhətçilər və ya məruzəçilər və iştirakçılar/benefisiarlar üçün ezamiyyə xərclərini və gündəlik ödənişi qiymətləndirin. Proqrama beynəlxalq ezamiyyə daxildirsə, bu ezamiyyə üzrə əsaslandırılmanı qısaca təqdim edin.

Avadanlıq: Proqram üçün tələb olunan və bir ildən artıq istifadə müddətinə (yaxud  proqramın müddətindən daha uzun istifadə müddətinə) malik hər hansı qurğunu, mebeli və ya digər şəxsi əmlakı və hər vahid üçün ən azı 5,000 ABŞ dolları həcmində xərci göstərin.

Təchizat malları: Proqram üçün lazım olan hər hansı kompüter cihazı da daxil olmaqla bütün əşya və materialları sadalayın və təsvir edin. Əşya hər vahid üçün 5,000 ABŞ dollarından daha artıq olarsa, onu Avadanlıq büdcəsinə daxil edin.

Müqavilə üzrə: Ərizəçinin satıcı ilə müqavilə başlamaqla əldə etməyi planlaşdırdığı mal və xidmətləri təsvir edin. Proqram fəaliyyətlərini həyata keçirməkdə kömək edəcək qeyri-kommersiya tərəfdaşlarına ödəniləcək sub-maliyyəni də təsvir edin.

Digər birbaşa xərclər: Digər kateqoriyalara uyğun olmayan və proqramla əlaqəli olan digər xərcləri təsvir edin. Məsələn, materiallar və avadanlıqların tədarük xərcləri və ya tətbiqi edilən  vergilər. Bütün “Digər” və ya “Əlavə” xərclər göstərilməli və izah edilməlidir.

Dolayı Xərclər: Bunlar təşkilatın fəaliyyətini davam etdirməsinə kömək etmək üçün lazım olan əlavə xərclər kimi birbaşa proqram fəaliyyəti ilə əlaqələndirilməsi mümkün olmayan xərclərdir. Təşkilatınızın Razılaşdırılan Dolayı Xərc Tarifinə (NICRA) malik olarsa və büdcəyə NICRA xərclərini daxil edərsə, son NICRA xərclərinizin surətini əlavə edin. Heç vaxt NICRA-ya malik olmayan təşkilatlar  2 CFR 200.68-də müəyyən edildiyi kimi dəyişiklik edilmiş ümumi birbaşa xərclərin 10% -nin dolayı xərclərini tələb edə bilərlər.

“Xərclərin bölüşdürülməsi” təşkilatın və ya ABŞ səfirliyindən başqa digər qurumların ödənişlərinə aiddir. Buraya həmçinin, könüllülərin sərf etdikləri vaxt və fəaliyyət göstərmək üçün təmənnasız verilən sahələr kimi qeyri-nağd ödənişlər daxildir.

Alkoqollu içkilər: Zəhmət olmasa, nəzərə alın ki, maliyyə vəsaiti spirtli içkilər üçün istifadə oluna bilməz.