Novruz təbriki

Dünyanın müxtəlif nöqtələrində Novruz bayramını qeyd edənləri Dövlət Departamentinin adından təbrik edirəm. Amerika Birləşmiş Ştatlarında, İranda, Yaxın Şərqdə, Mərkəzi və Cənubi Asiyada, Avropada və ya dünyanın başqa yerlərində, ümid edirik ki, bu yeni gün sağlamlıq, xoşbəxtlik gətirər, dostlar və yaxınlarınızla münasibətlərinizi yeniləmək üçün vəsilə olar.

Ailə və dostlarla bir araya gəlmək, Haft-Sin’i bəzəmək və Haft Mewa kimi yeməklər hazırlamaq və yeməkləri bölüşmək bu bayramı xüsusi edən beynəlxalq ənənələrinin yalnız bir hissəsidir. Qlobal pandemiya bu adətləri qeyd etməyi çətinləşdirsə də, ümid edirik ki, bu il qlobal sağlamlıq qayıdacaq.

Bahar fəslinin verdiyi ruzi ilə hamımız yenilənək, cavanlaşaq. Novruz bayramı Piruz! Novruz Mübarək!