Azərbaycanda Vətəndaş Cəmiyyəti fəallarının sərbəst buraxılmasını alqışlayırıq

Amerika Birləşmiş Ştatları, QHT-lərin əsas azadlıqlarını istifadə etdikləri üçün həbsdə olduqlarını hesab etdikləri 30-dan çox vətəndaş cəmiyyəti fəal və möminlərin 18 mart tarixində əvf edilməsi və sərbəst buraxılmasını alqışlayır. Bu siyahiya jurnalist Elçin İsmayıllı və 2015-ci ildə Nardaran hadisələrindən sonra haqsız olaraq həbsdə olan bir çox şəxslər də daxildir.

Azərbaycanı əlavə müsbət addımlar atmağa və əsas azadlıq hüquqlarından istifadə etdikləri üçün həbsdə olduqları hesab edilən digər şəxsləri də azad etməyə çağırırıq.