Səfirin müavini Maykl Dikerson

Maykl Dikerson Dövlət Departamentinə 2002-ci ildə qoşulmuşdur. Hal-hazırki vəzifəsindən əvvəl o, Moskvada İdarəetmə (Menecment) üzrə məmur vəzifəsində çalışmışdır. Bundan əvvəl 2013-2015-ci illər ərzində Bakı şəhərində İdarəetmə (Menecment) üzrə məmur vəzifəsində çalışmış, bu müddət ərzində tez-tez səfir müavini vəzifəsini müvəqqəti icra etmişdir. Fəaliyyət göstərdiyi digər nümayəndəliklər arasında Tbilisi, Vilnus və Budapeşt vardır. Tbilisidə fəaliyyət zaman göstərərlən Maykl Dikerson ABŞ prezidentinin Qafqaza ilk səfərinə vasitəçilik etmişdir. O həmçinin Vaşinqtonda Dövlət Departamentində Adi Silah Təhdidlərinin Azaldılması İdarəsində çalışarkən Texnoloji Mübadilə üzrə İşçi Qrupunun sədri olmuşdur.

Cənab Dikerson Vircinia Texniki Universitetini Mühəndislik üzrə bakalavr dərəcəsi ilə, Hərbi-Dəniz Kollecini Milli Təhlükəsizlik üzrə magistr dərəcəsi ilə bitirmişdir. Evlidir və 2 qızı var.