Flag

An official website of the United States government

Pasport xidmətləri
ABŞ pasportu üçün müraciət edin və ya yeniləyin

Siz Pasporta Ehtiyacı Olan ABŞ Vətəndaşsınız?

Əgər sizə yeni pasport, pasportun yenilənməsi tələb olunursa və ya əmin deyilsinizsə, bizim asan Pasport Wizard uyğunluğunuzu müəyyən etməkdə və müraciət etmək üçün lazım olan sənədləri toplamaqda sizə kömək edəcək.

Pasport, vətəndaşlıq və ya doğum qeydiyyatı ilə bağlı xidmətlər lazım olan Birləşmiş Ştatlar vətəndaşları üçün görüş təyin etmədən xidmət göstərilmir. Bu xidmətlər yalnız əvəlcədən görüş təyin etmək əsasında həyata keçirilir.

Pasport xidmətləri həftə sonları, Azərbaycan və ya ABŞ bayramlarında göstərilmir.

Adi qaydada pasportların yeniləməsı üçün 3-4 həftə tələb olunur. Növbəti 2 həftə ərzində səyahət edirsinizsə, əlavə məlumat üçün Təcili Pasportlara baxın

Hansı formaların lazım olduğunu bilirsinizmi?

Hansı formaları dolduracağınızı artıq bilirsinizsə, aşağıdakıları edə bilərsiniz:

  1. yerli olaraq müraciət etmək üçün təlimat verən vacib pasport məlumatlarımızı oxuyun,
  2. eforms.state.gov ünvanında birbaşa formalar səhifəmizə keçin və axtarış yerində “Pasportlar” daxil edin,
  3. nöqtələrimizin birində görüş təyin etmək üçün veb saytımıza daxil olun və ya
  4. Travel.State.gov saytında xüsusi pasport təlimat məlumatını əldə edin.