Flag

An official website of the United States government

Müdir Samanta Pauer Bakıda Prezident İlham Əliyevlə görüşüb
təfərindən
3 Qısa icmal
Sentyabr 28, 2023

Müdir Samanta Pauer Bakıda Prezident İlham Əliyevlə görüşüb

Aşağıdakılar sözçü Cessika Cenninqsə aiddir:‎

Çərşənbə günü, sentyabrın 27-də müdir Samanta Pauer Azərbaycana, Bakıya səfər edib və Prezident İlham Əliyevlə görüşüb. Müdirə Dövlət katibinin köməkçisi vəzifəsini icra edən Yuri Kim və Qafqaz danışıqları üzrə baş məsləhətçi Lui Bono da qatılıblar. Qrupun müzakirəsinin əsas mövzusu Dağlıq Qarabağdakı acil humanitar vəziyyət olub. Görüş müdir Pauer və Dövlət katibinin köməkçisi vəzifəsini icra edən Kimin Yerevana və son bir neçə gündə 50 mindən çox etnik erməninin Dağlıq Qarabağdan Ermənistana keçdiyi Azərbaycanla sərhəd bölgələrə səfərindən sonra keçirilir.

Müdir Dağlıq Qarabağa, o cümlədən Laçın dəhlizində ilişib qalanlara humanitar yardımların maneəsiz çıxışına icazə verilməsinin vacibliyini və humanitar qruplar üçün təcili əlçatanlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Onlar insanların hüquqlarına hörmət edildiyinə, mədəni və dini obyektlərin qorunduğuna əmin olmaq üçün Dağlıq Qarabağda beynəlxalq müşahidəçilərin olması zərurətini müzakirə ediblər. Müdir Pauer Prezident Əliyevin etnik ermənilərin hüquqlarını və təhlükəsizliyini qorumaq öhdəliyini xatırlatdı və tərəflər Azərbaycan hökumətinin bu öhdəliyi yerinə yetirmək niyyətini nümayiş etdirəcək addımları müzakirə etdi. Müdir Pauer Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağın vacibliyini bir daha vurğuladı. Sonda onlar tərəflərin uzunmüddətli sülh danışıqlarına davam etmək öhdəliklərini yeniləməsinin vacibliyindən və Birləşmiş Ştatların bu prosesi dəstəkləməyə davam etməsindən danışıblar.