USAİD-in rəhbəri Samanta Pauer Azərbaycana səfərə gəlib
USAİD-in rəhbəri Samanta Pauer bu gün Bakıya səfərə gəlib. O, Dağlıq Qarabağdakı humanitar vəziyyəti və bununla bağlı Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyin vacibliyini müzakirə etmək üçün Prezident İlham Əliyevlə görüşəcək. USAİD-in rəhbəri xanım Pauerlə birgə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim də Bakıda səfərdədir.
USAİD-in rəhbəri səfər zamanı həmçinin Azərbaycan və Ermənistan arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət əsasında davamlı və layiqli sülhün perspektivlərini müzakirə edəcəkdir.