ATƏT Minsk Qrupunun Həmsədrlərinin Bəyanatı

15 may tarixində ATƏT-in Minsk Qrupunun Həmsədrləri (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və Amerika Birləşmiş Ştatlarından Endrü Şöffer) ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik ilə birgə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər. Nazir və həmsədrlər görüşdə sülh prosesinin irəli aparılması variantlarını müzakirə ediblər.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi görüş iştirakçılarına təmas xəttində nisbətən sabit olan vəziyyətdən danışıb.

Nazir Məmmədyarov Azərbaycanın fəal danışıqların mümkün qədər tez bərpa edilməsinə hazır olduğunu bildirib. Həmsədrlərin Ermənistanın yeni rəhbərliyi ilə iyunda görüşü gözlənilir.