ATƏT-in Minsk Qrupunun Həmsədrlərinin Bəyanatı

Regionda son siyasi hadisələri və təmas xəttində eskalasiyanın mümkünlüyü fonunda ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov, Rusiya Federasiyası; Stefan Viskonti, Fransa və Endrü Şöffer, Amerika Birləşmiş Ştatları)  bu həssas dövrdə tərəflərin atəşkəs rejiminə hörmət etməyinin vacibliyini vurğulayırlar və xüsusilə də ağır silahları cəbhə xəttinin arxasında saxlamağa çağırırlar.

Həmsədrlər münaqişə tərəflərlərini gərginliyin azaldılması üçün təxirəsalınmaz tədbirlər görməyə çağırır və münaqişənin uzunmüddətli və dinc yolu ilə həllini tapmaq məqsədilə intensiv danışıqların bərpası üçün tərəflərlə görüşü səbirsizliklə gözləyirlər.