Prezident Baydenin Ukrayna Prezidenti Zelenski ilə zənginin mətni
Prezident Cozef R. Bayden bu gün Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıb. Prezident Bayden ABŞ-nin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiqliyini bir daha təsdiqləyib. Prezident Bayden açıq şəkildə bildirdi ki, Birləşmiş Ştatlar müttəfiqləri və tərəfdaşları ilə birlikdə Rusiyanın Ukraynaya qarşı hər hansı növbəti təcavüzünə tez və qəti şəkildə cavab verəcək. İki lider Rusiyanın Ukrayna sərhədlərində hərbi güclənməsinə cavab olaraq diplomatiya və çəkindirmə cəhdlərinin davam etdirilməsinin vacibliyi barədə razılığa gəliblər.