Prezident Co Baydenin Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı haqqında bəyanatı
Prezident Zelenski bu axşam mənimlə əlaqə saxladı və biz indicə danışıb qurtardıq. Mən Rusiya hərbi qüvvələrinin bu səbəbsiz və əsassız hücumunu pislədim. Mən ona bu gecə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında da daxil olmaqla, beynəlxalq səviyyədə tənqidlərə nail olmaq üçün atdığımız addımlar barədə məlumat verdim. O məndən dünya liderlərini Prezident Putinin açıq-aşkar təcavüzünə qarşı açıq şəkildə danışmağa və Ukrayna xalqının yanında olmağa çağırmağı xahiş etdi. Sabah mən G7 liderləri ilə görüşəcəyəm və ABŞ, müttəfiqlərimiz və tərəfdaşlarımız Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edəcək. Biz Ukraynaya və Ukrayna xalqına dəstək və yardım göstərməyə davam edəcəyik.