Brüsselə səfəri zamanı Prezident Donald Tramp #NATO-nun qərargahında 11 sentyabr qurbanlarının xatirəsinə həsr olunmuş memorialı ziyarət etdi. New-Yorkun Dünya Ticarət Mərkəzinin binasının 107-ci mərtəbəsindən götürülmüş polad dirəyindən düzəldilmiş bu memorial Amerikanın NATO müttəfiqləri və tərəfdaşlarının 2001-ci il sentyabrın 11-də baş vermiş terror hücumlarından sonra verdiyi dəstəyinə həsr olunur. ABŞ Dövlət Departamentinin dəstəyi ilə Brüsselə gətirilən bu memorial indi ABŞ və onun NATO müttəfiqlərini birləşdirən sıx əlaqələri əks etdirərək NATO qərargahında dayanır.
