Prezident Donald Trampın Suriya ilə bağlı Bəyanatı

Əziz Amerikalılar, qısa müddət əvvəl mən Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinə Suriya diktatoru Bəşər Əsədin kimyəvi silahlarlarına aid hədəflərə dəqiq zərbələr endirməyi əmr etdim. Hazırda Fransa və Birləşmiş Krallığının silahlı qüvvələri ilə birgə əməliyyat aparılır. Biz bu ölkələrin hər ikisinə təşəkkür edirik.

Bu gecə, mən sizinlə niyə bu əməliyyatları apardığımız haqqında danışmaq istəyirəm.

Bir il öncə Əsəd öz günahsız vətəndaşlarına qarşı amansız səkildə kimyəvi silahlardan hücüm təşkil etmışdir. Birləşmiş Ştatlar Suriyanın Hərbi Hava Qüvvələrinin 20 faizinin məhv edilməsi ilə nəticələnən 58 raket hücümu ilə cavab vermişdir.

Ötən şənbə Əsəd rejimi bir daha kimyəvi silahlardan, bu dəfə Suriyanın paytaxtı Dəməşq şəhərinin yaxınlığında yerləşən Duma şəhərinin günahsız mülki sakinlərinə qarşı istifadə etdi. Bu qətliam o dəhşətli rejim tərəfindən kimyəvi silahların istifadəsinin kəskin şəkildə artımı idi.

Bu şər və nifrət yaradan hücum ana və ataları, körpə və uşaqları ağrılar içərisində və havasızlıqdan boğulan vəziyyətdə qoydu. Bu insana aid hərəkət deyil; bu bir vəhşinin törətdiyi cinayətdir.

Bir əsr bundan əvvəl Birinci Dünya Müharibəsindən sonra dünyanın sivil ölkələri kimyəvi silahlarının istifadəsinə qadağa qoymaq üçün bir araya gəldilər. Kimyəvi silahlar, yalnız dəhşətli əzablara səbəb olduğu üçün deyil, hətta kiçik miqdarda belə kimyəvi silahın geniş yayılmış dağıntılara səbəb ola bildiyi üçün təhlükəlidir.

Bu gecə həyata keçirilən əməliyyatlarımızın məqsədi kimyəvi silahların istehsalına, yayılmasına və istifadəsinə qarşı güclü maneə yaratmaqdır. Bu maneənin yaradılması Amerika Birləşmiş Ştatlarının mühüm milli təhlükəsizlik marağıdır. Amerika, Britaniya və Fransanın bu vəhşiliklərə qarşı birgə cavab tədbiri, ölkələrimizin gücünün bütün vasitələrini – hərbi, iqtisadi və diplomatik – özündə birləşdirəcəkdir. Suriya rejimi qadağan olunmuş kimyəvi maddələrin istifadəsini dayandırana qədər bu cavab tədbirini davam etdirməyə hazırıq.

Cinayətkar Əsəd rejimi dəstəkləyən, təchiz edən və  onu maliyyələşdirmək üçün ən çox məsuliyyət daşıyan iki ölkənin hökumətinə də bu axşam mesajım var.

İran və Rusiyadan soruşuram: hansı millət günahsız kişilərin, qadınların və uşaqların kütləvi şəkildə öldürülməsi ilə əlaqəli olmaq istəyir?

Dünyanın xalqları, dostlarından tanınır. Heç bir millət zalım dövlətləri, qəddar tiranları və qanlı diktatorları təbliğ etməklə uzunmüddətli perspektivdə uğur qazana bilməz.

2013-cü ildə prezident Putin və onun hökuməti dünyaya Suriyadakı kimyəvi silahların ləğv edəcəklərinə dair vəd vermişdilər. Əsədin son hücumu və bugünkü cavab tədbiri – Rusiyanın verdiyi sözünü pozmasının birbaşa nəticəsidir.

Rusiya bu qaranlıq yolla davam etmək və yaxud sabitlik və sülhün yaradılması üçün sivil xalqlara qoşulacağı barədə qərar verməlidir. Umidvariq kı, bir gün gələcək ki, biz Rusiyaya, hətta İranla da münasibətlərimizi yoluna qoyacağıq, ancaq bəlkə də bu belə olmayacaq.

Mən bunu deyəcəyəm: Birləşmiş Ştatlar dünya tarixində ən böyük və ən güclü iqtisadiyyatı olan bir olkə kimi çox şey təklif edə bilər.

ABŞ Suriyada, Amerika xalqını qorumaq məqsədi ilə İŞİD-in qalıqlarını məhv etmək üçün kiçik bir qüvvədən istifadə edərək lazım olanı edir. Ötən il ərzində İŞİD xilafəti tərəfindən nəzarət olunan Suriya və İraqdakı adlanan ərazilərinin təxminən 100 faizi azad olunmuşdur və təmizlənmişdir.

ABŞ, həmçinin, Yaxın Şərq üzrə bizim dost münasibətlərimizi bərpa edib. Biz, tərəfdaşlarımızdan öz ərazilərini qorumaq üçün resurs, avadanlıqların əldə edilməsinə və bütün İŞİD-ə qarşı səylərə böyük həcmdə vəsaitin ayrılması da daxil olmaqla daha çox məsuliyyət daşımalarını xahiş etdik. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Misir və digərləri də daxil olmaqla, dostlarımızın geniş iştirakı təmin edir ki, İran İŞİD-in kökündən ləğv edilməsindən faydalanmasın.

Amerika heç bir halda Suriyada qeyri-müəyyən bir müddət qalmağın yollarını axtarmır. Digər millətlər öz töhfələrini gücləndirdikcə, biz əsgərlərimizi evə gətirə biləcəyimiz günü səbirsizliklə gözləyirik. Onlar möhtəşəm əsgərlərdir.

Biz çox sayda problemlərlərlə üzləşən dünyayanı seyr edərkən, amerikalıların heç bir illüziyası yoxdur. Biz dünyanı şərdən azad edə bilmərik və ya istibdad olan hər bir yerində əməliyyat apara bilmərik.

Amerikalıların axan qanının miqdarı və yaxud xəzinə Yaxın Şərqdə davamlı sülh və təhlükəsizlik yarada bilməz. Bu qarışıq bir yerdir. Biz buranı daha yaxşı yer etmək üçün çalışacağıq, lakın bura qarışıq bir yerdir. Birləşmiş Ştatlar bir tərəfdaş və dost olacaq, lakin bu regionun taleyi öz xalqının əlindədir.

Ötən əsirdə biz insanın ruhunun ən qaranlıq yerlərinə baxdıq. Biz yarana biləcək əzabı və vəziyyəti nəzarətə ala biləcək şəri gördük. Birinci Dünya Müharibəsi başa çatana kimi kimyəvi silahların istifadə edilməsindən bir milyondan çox insan öldürülmüş və yaxud yaralanmışdır. Biz bu dəhşətli kabusun qayıtmasını heç vaxt görmək istəmirik.

Beləliklə, bu gün Britaniya, Fransa və Amerika Birləşmiş Ştatları barbarlıq və qəddarlığa qarşı saleh qüvvələrini birləşdiriblər.

Bu gecə, mən bütün amerikalıları öz missiyalarını yerinə yetirən qəhraman əsgərlərimizə və bizim müttəfiqlərimizə dua etməyə çağırıram.

Biz Allaha dua edirik ki, Suriyada əziyyət çəkən insanlara əmin-amanlıq gətirsin. Biz dua edirik ki, Allah bütün regionu ləyaqət və sülhə yönəltsin.

Biz Allaha dua edirik ki, Amerika Birləşmiş Ştatlarını nəzərdə saxlasın və qorusun.

Sağ olun və gecəniz xeyrə qalsın. Sağ olun.