Məxfilik

Özəl Məlumat haqqında Bəyanat

Siz bizim veb səhifəmizə daxil olarkən özünüz haqqında şəxsi məlumatları könüllü şəkildə bölüşmək istəmədikcə biz sizin haqqınızda bu cür məlumatı toplamırıq. Bizim veb səhifəmiz vasitəsilə şəxsi məlumatı təqdim etmə könüllü surətdədir. Bunu edərkən qeyd olunan məqsəd üçün təqdim olunan məlumatdan istifadəyə icazə vermiş olursunuz. Müəyyən bir məlumatı təqdim etməməyiniz sizin tələb etdiyiniz xidməti göstərə bilməməyimizə səbəb ola bilər. Dövlət Departamentinin veb səhifəsində  veb formanı doldurmaq və ya elektron məktub göndətmək kimi üsullarla şəxsi məlumatı bölüşmək qərarına gəlsəz, biz həmin məlumatdan yalnız sizin xahiş etdiyiniz xidməti və ya məlumatı təqdim etmək və ya sizin məktubunuza cavab vermək üçün istifadə edəcəyik. Veb səhifəmizi ziyarət edərkən hansı fəaliyyətlə məşğul olmanızdan asılı olaraq sizdən alacağımız məlumat fərqli ola bilər.

İnternetə girərkən hansı domeyndən (.com, .edu və s.); hansı tarixdə və saatda; və hansı internet səhifəsindən (məsələn, axtarış səhifəsi və ya istinad səhifəsi) girməniz haqqında məlumatı avtomatik olaraq yaddaşda saxlayıb toplayırıq. Topladığımız məlumatdan veb səhifəmizin müxtəlif bölmələrinə daxil olan istifadəçilərin sayını öyrənmək və səhifəmizi sizin kimi istifadəçilərə daha faydalı etmək üçün istifadə edirik.

Bizə elektron məktub göndərirsinizsə

Siz elektron məktubda şərh və ya sual verərkən şəxsi məlumatınızı bizə təqdim etmək seçiminə maliksiniz. Biz bu məlumatdan sizə olan xidmətimizi yaxşılaşdırmaq və sizin tələbinizə cavab vermək üçün istifadə edirik. Bəzən sizin elektron məktubunuzu sizə daha yaxşı köməklik göstərə biləcək digər ABŞ dövlət agentliklərinə göndəririk. Səlahiyyətli hüquq müdafiəsi tədqiqatları istisna olmaqla, sizin elektron məktubunuzu digər bir xarici təşkilatla paylaşmırıq.

Üçüncü tərəf veb səhifələri və proqramları

Biz sosial şəbəkələr və digər növ üçüncü-tərəf veb səhifələrinə bağlanırıq. Biz sosial şəbəkələrdən xarici auditoriya ilə əlaqə saxlamaq və bütün dünyada ictimai diplomatiya ilə məşğul olmaq məqsədi ilə istifadə edirik. Sosial şəbəkə səhifələrindən səfirliyin keçirtdiyi tədbirləri ictimailəşdirmək və ictimaiyyət üzvləri ilə əlaqə saxlamaq üçün istifadə edilir. Biz həmçinin veb hesablamasından və səhifəni müştəri istəyinə uyğunlaşdırmaq texnologiyalarından istifadə edirik ki, veb səhifımizə daxil olan ziyarətçilərin sayını hesablayaq və veb səhifəmizi ziyarətçilər üçün daha faydalı edək. Bəzi hallarda hesabı qeydiyyatdan keçirmək məqsədilə üçüncü-tərəf proqramı elektron ünvan, istifadəçi adı, şifrə və coğrafi yerləşmə haqqında məlumat tələb edə bilər. Biz fərdlərdən şəxsi məlumat tələb etmək və toplamaq üçün üçüncü-tərəf veb səhifələrdən istifadə etmirik. Biz üçüncü-tərəf veb səhifələrinin topladığı şəxsi məlumatları yığmırıq və ya yaddaşda saxlamırıq və hüquq müdafiəsi məqsədi ilə və ya qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, əlimizdə olan şəxsi məlumatlar Dövlət Departamentindən kənarda heç bir quruma açıqlanmayacaq, satılmayacaq və ötürülməyəcək.

Biz təsadüfi seçilmiş istifadəçilərin rəyini və fikirlərini toplamaq üçün müxtəlif onlayn sorğulardan istifadə edə bilərik. İlk öncə Dövlət Departamenti bizim veb səhifəmizlə bağlı müştəri məmnuniyyəti haqqında rəy və məlumat əldə etmək məqsədilə mütəmadi olaraq ForeSee Results American Customer Satisfaction Index – ACSI (Proqnoz Nəticələri Amerika Müştəri Məmnuniyyəti Göstəricisi) onlayn soğusundan istifadə edir. Bu sorğu şəxsi məlumat toplamır. Baxmayaraq ki, sorğu təsadüfi seçilən müştərilərə açılır, onu cavablandırmaq istifadəçinin seçiminə buraxılır və sorğunu səfirliyin bütün veb səhifələri keçirmir. Əgər sorğudan imtina etsəz belə bizim səhifəmizdə sorğunu cavablandıran istifadəçilərlə eyni məlumat və resurslara çıxışınız olacaq. Sorğu məlumatlarına çıxış yalnız veb rəhbərlərində və öz vəzifələrini yerinə yetirmək üçün bu cür məlumata ehtiyacı olan təyin edilmiş heyət üzvlərində olur. Biz məhdud vaxtda keçirilən sorğulardan da istifadə edə bilərik. Bu cür sorğuların məqsədləri onlar yerləşdirilərkən izah edilir.

İzləmə və uyğunlaşdırma məqsədilə toplanan məlumat (Kuki-fayllar)

Kuki-fayl veb səhifəsində olduğunuz müddətdə sizin sessiya ilə bağlı konkret məlumatı kompyuterin yaddaşında saxlamağa imkan vermək üçün ora köçürülən kiçik mətn faylıdır. Sizin kompyuter kuki fayldakı məlumatı yalnız bu kukini təqdim etmiş veb səhifəsi ilə bölüşür və digər heç bir veb səhifəsi bu məlumatı tələb edə bilməz. Kukilərin iki növü vardır:

  • Sessiya kukiləri – sizin brauzer açıq olduğu müddətdə davam edirlər. Siz brauzerinizi bağladıqda kuki silinir. Veb səhifələr sessiya kukilərindən texniki məqsədlər üçün istifadə edə bilərlər, məsələn, səhifədə daha asan naviqasiyaya şərait yaratmaq üçün və ya veb səhifədə işləmək üçün səhifəni özünüzə müvafiq şəkildə dəyişdirmək üçün.
  • Davamlı kukilər – hansı istifadəçinin veb səhifəsinə yeni daxil olduğunu, hansının təkrar qayıtdığını və bununla da təkrar istifadəçilərə ForeSee məmnuniyyət sorğusundan keçmək dəvətinin təkrar göndərilməsinin qarşısını almaq məqsədilə istifadəçinin sərt diskində saxlanılır.

Əgər kompyuterinizdə sessiya və ya davamlı kukilərin saxlanmasını istəmirsinizsə brauzerinizdə kukiləri söndürə bilərsiniz. Sizin veb səhifəmizdəki bütün məlumat və resurslara çıxışınız olacaq, lakin kukilərin söndürülməsi bəzi veb səhifələrin işləməsinə pis təsir göstərə bilər. Bilin ki, brauzerinizdə kukilərin söndürülməsi daxil olduğunuz bütün digər veb səhifələrində də kuki faylların istifadəsinə təsir edəcək.

Xarici veb səhifələrə keçid

Bizim veb səhifəmizin həm ABŞda, həm də digər ölkələrdə yerləşən ABŞ agentliklərinə, səfirliklərinə, çoxtərəfli təşkilatlara və özəl təşkilatlara keçidləri var. Siz digər veb sıhifəsinə keçid edərkən artıq bizim səhifəmizdən çıxırsınız və yeni daxil olduğunuz veb səhifənin özəl məlumat haqqında siyasətinə tabesiniz.

Dəqiq və tam məlumat vermək üçün bütün cəhdlər göstərilir. Lakin biz heç bir səhvin olmayacağına zəmanət verə bilmərik. Bu veb səhifəsində sənəd və məlumata gəldikdə, nə səfirlik, nə də səfirliyin əməkdaşları və ya podratçıları  bu veb səhifəsində olan sənədlərin satış və ya digər məqsədlər üçün yararlığına  zamin dura bilməz. Bundan əlavə, səfirlik burada göstərilən hər hansı bir məlumat, məhsul və ya prosesin dəqiqliyinə, tamlığına və ya faydalılığına görə heç bir hüquqi məsuliyyət daşımır; bu məlumat, məhsul və ya prosesin istifadəsinin özəl haqları pozmadığını ifadə etmir.

Səhifənin təhlükəsizliyi məqsədilə və bu xidmətdən hər bir istifadəçinin istifadə edə biləsini təmin etmək üçün Dövlət Departamenti icazəsiz məlumat yükləmək və ya dəyişmək və ya başqa cür zərər vurmaq cəhdlərini müəyyən etmək üçün şəbəkə nəqliyyatına nəzarət etmək məqsədilə kompyuter proqramlarından istifadə edir. Bu xidmət sahəsində icazəsiz məlumat yükləmək və ya dəyişmək cəhdləri ciddi şəkildə qadağan olunur və 1986-cı il “Komyuter saxtakarlığı və sui-istifadəsi haqqında” Akta müvafiq olaraq cəzalandırılır. Məlumat eyni zamanda icazəli hüquq mühafizə tədqiqatları üçün istifadə edilə bilər. Bu qeyd olunan məqsədlərdən başqa, fərdi istifadəçiləri və onların istifadə vərdişlərini müəyyən etmək üçün heç bir cəhd göstərilmir. Bu veb səhifələrində icazəsiz olaraq məlumat yükləmək və ya məlumat dəyişmək cəhdləri ciddi şəkildə qadağan olunur və 1986-cı il “Komyuter saxtakarlığı və sui-istifadəsi haqqında” Akta və ABŞ Məcəlləsinin 18-ci Başlığı altında 1001 və 1030 maddəsinə müvafiq olaraq cəzalandırılır.