An official website of the United States government
Official websites use .gov
A .gov website belongs to an official government organization in the United States.
Secure .gov websites use HTTPS
A lock (
) or https:// means you’ve safely connected to the .gov website. Share sensitive information only on official, secure websites.
Biz saytımızın istifadəçilərinin məxfiliyinin qorunmasına sadiqik. Özünüzə dair hər hansı şəxsi məlumatı paylamağı seçmədiyiniz halda biz haqqınızda heç bir şəxsi məlumat toplamırıq
Ziyarətinizlə bağlı məlumatı necə idarə edirik: əgər Siz saytımızda olduğunuz zaman yalnız səhifələri nəzərdən keçirdib məlumat yükləyirsinizsə biz saytın idarə edilməsi və təhlükəsizlik məqsədilə bu fəaliyyət barədə /müəyyən məlumatları avtomatik toplayıb və saxlayacağıq. Biz bu məlumatı toplamaq və təhlil etmək üçün Google Analytics ölçmə proqramından istifadə edirik. Sözügedən məlumatlar vebsaytlarımızı ehtiyaclarınızı qarşılamaq üçün daha səmərəli tərtib etməyə kömək edir. Biz həmçinin məlum təhlükəsizlik və ya virus təhlükəsi halında tərəfinizdən izlədiyiniz veb məzmunu haqqında məlumatı avtomatik toplaya bilərik. Bu məlumat sizin şəxsiyətinizi müəyyənləşdirmir.
Saytımızda olduğunuzla bağlı aşağıdakı məlumatlar avtomatik toplanıb və saxlanılacaq:
Əgər siz bizim vebsaytımıza başqa internet saytından keçid etmisinizsə, həmin vebsaytın ünvanı.
Biz saytımızı ziyarətçilər üçün daha faydalı etmək üçün bu məlumatdan istifadə edirik — həmçinin saytımıza gələnlərin sayı və ziyarətçilərimizin istifadə etdiyi texnologiya növləri haqqında öyrənmək üçün.
Biz 1974-cü il Məxfilik Aktı, 2002-ci il Elektron Hökuməti Aktı və Federal Qeydlər Aktı ilə müəyyən olunan göstərişlərə əsasən topladığımız məlumatların təhlükəsizliyini, məxfiliyini və bütövlüyünü qorumaq üçün daim tədbirlər görürük. Bu cür tədbirlərə informasiyaya ehtiyacı olanların çıxışını məhdudlaşdırmaq üçün nəzərdə tutulmuş giriş nəzarətləri daxildir. Biz həmçinin sistemlərimizdə saxlanılan məlumatları qorumaq üçün müxtəlif təhlükəsizlik texnologiyalarından istifadə edirik və onların işlək və effektiv qalmasını təmin etmək üçün təhlükəsizlik tədbirlərimizi müntəzəm sınaqdan keçiririk.
Podratçılarımızın və digər üçüncü tərəf provayderlərimizin Departament ilə əməkdaşlıq etdiyi zaman şəxsi məlumatların təhlükəsizliyi, məxfiliyini və bütövlüyünü təmin etmək məqsədilə Departamentin istifadə etdiyi yüksək standartlara riayət etməsini təmin edirik.
İcazəniz olmadan biz şəxsiyyəti müəyyənləşdirən məlumatları toplamırıq. Şəxsiyyətimüəyyənləşdirə bilən məlumatı təqdim etdiyiniz halda (məsələn e-poçt ünvanı və ya vebsayta təqdim olunan doldurulmuş formalar) biz bu məlumatdan yalnız mesajınıza cavab vermək və axtardığınız xidmətlər haqqında məlumatı sizə təqdim etmək üçün istifadə edirik. Könüllü məlumatların təqdim edilməsi məlumatın göstərilən məqsəd üçün istifadəsinə razılığınız deməkdir. Müəyyən məlumatları təqdim etməməyi seçsəniz, biz tələb olunan xidməti tamamlaya bilməyəcəyik. Sizdən məlumat tələb etdiyimiz zaman ona nə üçün ehtiyacımız olduğunu və ondan necə istifadə edəcəyimizi ayrıca “Məxfilik Bildirişi”ndə izah edəcəyik. Biz məlumatları kommersiya məqsədivə ya istifadəsi üçün toplamırıq..
Bir çox proqramlarımız və veb saytlarımız bizə e-poçt göndərmək imkanı təqdim edir. Sorğunuza cavab vermək üçün təqdim etdiyiniz məlumatlardan istifadə edəcəyik. Ümumi məlumat sizə yalnız e-poçt vasitəsilə göndəriləcək. Onu da bildirmək istəyirik ki, e-poçt mübadiləsi kənar şəxslər tərəfindən müdaxilə obyekti ola bilər. Buna görə də həssas şəxsi məlumatlarınızı (məsələn Sosial Müdafiə nömrəniz) bizə e-poçt vasitəsilə göndərməməyi tövsiyə edirik. Nəzərdə tutulan e-poçt mesajınız çox həssasdırsa və ya bank hesabınız, kredit kartınız və ya Sosial Müdafiə nömrəniz kimi məlumatları ehtiva edirsə, onu ABŞ poçtu ilə göndərməlisiniz. Başqa bir alternative kimi, mümkündürsə təhlükəsiz bağlantı olan internet səhifəsi vasitəsilə məlumatların ötürə bilərsiniz.
Elektron poçt mesajları Federal Qeydlər Qanununda (44 U.S.C. 3101 və s.) əks olunan qeydlərin tələbatlarına cavab verərsə Federal qeydlər hesab edilə bilər. Bu o deməkdir ki, bizə göndərdiyiniz e-poç mesajlar Federal qeydlərin tələbatına uyğun gələrsə, müəyyən müddət ərzində qorunub saxlanılacaq. Qeydlərə uyğun olmayan elektron mesajlar artıq lazım olmayan hallarda silinir.
Topladığımız məlumatlar müxtəlif məqsədlər üçün istifadə olunur. İstifadəçilərimizin məlumatı təqdim etmələri üçün etmək istəyib-istəmədiklərini özləri müəyyən edə bilmələri üçün məlumatın toplandığı nöqtədə necə istifadə edildiyini aydın şəkildə açıqlamaq üçün hər cür səy göstəririk.
Sorğunuz digər quruma aid olarsa bizə təqdim edilmiş məlumatları müvafiq dövlət qurumu ilə paylaşa bilərik. Digər məhdud hallarda, məsələn Konqresdən və fərdi şəxslərin sorğularına cavablar, bizdən qanunla təqdim etdiyiniz məlumatı açıqlamağı tələb oluna bilər. Onlayn forma kimi şəxsiyyətinizi müəyyənləşdirən məlumatları təqdim etməzdən əvvəl sizə məlumatın məqsədi və necə istifadə olunacağı barədə məlumat veriləcək.
Məlumatı necə paylaşdığımız haqqında ətraflı məlumatı Məxfilik Aktı Sistemlərinin Qeydlər Bildirişləri səhifəsində öyrənə bilərsiniz.
Biz topladığımız məlumatı, qanun və ya rəsmi siyasətlə daha uzun müddət saxlamağımız tələb olunmadığı təqdirdə, təqdim edilmə məqsədi yerinə yetirildikdə sildiririk. Elektron şəkildə təqdim edilən məlumatlar Federal Qeydlər Qanununun prinsiplərinə və Milli Arxivlər və Qeydlər İdarəsi tərəfindən təsdiq edilmiş qaydalara və qeyd cədvəllərinə uyğun olaraq saxlanılır və silinir. Bəzi hallarda bizə təqdim edilən məlumat agentliyin qeydinə çevrilə bilər və buna görə də İnformasiya Azadlığı Aktı (FOIA) sorğusunun atında düşə bilər
Komandalarımız veb saytlarımızı təkmilləşdirmək məqsədilə real insanların istifadəsinə əsaslanan məlumat analitikasından və xam məlumatların elmi təhlilindən istifadə edir.
Məlumatların təhlili üçün istifadə etdiyimiz əsas proqramı federal hökumət üçün vahid Google Analytics hesabının çərçivəsində yaradılmış Rəqəmsal Analitika Proqramıdır (DAP). Bu proqramın məqsədi istifadəçi təcrübəsini təkmilləşdirilməsidir. O, həmçinin dövlət orqanlarına insanların onlayn olaraq dövlət xidmətlərini necə tapdığını, məlumatların əldə edib, istifadə etməsini təhlil etməyə köməklik göstərir. Nə bizim, nə də Google-un sayt ziyarətlərinizin xüsusi məlumatlarına çıxışı yoxdur. Əməkdaşlarımız bütün istifadəçilərin ümumi məlumatlarını yalnız müəyyən bir müddət ərzində görə bilər. Ziyarətçilərin təcrübələrini yaxşılaşdırmaq üçün biz ümumi məlumatları tərəfdaşlarımız və podratçılarla paylaşa bilərik; lakin, lakin Rəqəmsal Analitika Proqramı tərəfindən toplanan federal hökumət məlumatlardan heç biri Google-un korporativ reklam tərəfdaşları ilə paylaşılmır. Proqramda şəxsi məlumatların toplanması üçün heç bir prosedur nəzərdə tutulmayıb və heç bir şəxsi məlumat agentliklər tərəfindən proqramına daxil edilə bilməz. Bundan əlavə, proqramın kodu IP ünvanlarını ən erkən istifadəsində anonimləşdirir və gerçək IP ünvanı heç bir yerdə saxlanılmır.
8 Noyabr 2016-cı il tarixində İdarəetmə və Büdcə Şöbəsi (OMB) Federal Agentliyin İctimai Vebsaytları və Rəqəmsal Xidmətləri üçün Qaydalara dair memorandum yayımladı. Bu sənəd federal icra hakimiyyəti orqanlarından açıq çıxışı olan bütün federal vebsaytlarda Rəqəmsal Analitika Proqramının JavaScript kodunu tətbiq etməyi tələb edir. Veb saytlarımızın istifadəçiləri internet resurslarımızı ziyarət edərkən müştəri təcrübəsini yaxşılaşdırmaq məqsədilə bizim tərəfimizdən istifadə olunacaq ümumi məlumatların toplanmasından xəbərdar olmalıdırlar.
Rəqəmsal Analitika Proqramı haqqında daha ətraflı məlumat əldə etmək üçün dap@support.digitalgov.gov e-poçt ünvanı vasitəsi ilə əlaqə saxlayın.
Departament sosial media da daxil olmaqla öz rəsmi səhifələri və hesablari bir neçə üçüncü tərəf internet saytlarında saxlayır. Bu, Amerika ictimaiyyəti və xaricdəki seçicilərlə daha səmərəli əlaqə yaratmaq və fəaliyyətlərimiz, tədbirlər, xəbərlər və məlumat barədə maarifləndirilməsini artırmaq üçündür.
Üçüncü tərəf saytların ziyarətiniz onların təhlükəsizlik və məxfilik siyasətləri ilə tənzimlənir. Biz şəxsi məlumatların sorğulanmasında və toplamanmasında üçüncü tərəfin vebsaytlarından istifadə etmirik. Üçüncü tərəf saytlarının istifadəçiləri öz məlumatlarını ictimaiyyət, istifadəçilər icması və ya üçüncü tərəf saytını idarə edən üçüncü tərəflə paylaşırlar. Məlumatlarınızın necə istifadə oluna biləcəyini daha aydın dərk etmək üçün üçüncü tərəf saytlarının istifadə etməzdən əvvəl onların məxfilik siyasətlərini nəzərdən keçirməyi məsləhət görürük. Siz həmçinin hər hansı üçüncü tərəfin saytında hesabınızdakı məxfilik parametrlərini seçimlərinizə uyğun olaraq tənzimləməlisiniz. State.gov saytında ziyarətçi məmnuniyyəti ilə bağlı rəy və məlumat toplamaq üçün biz davamlı olaraq ForeSee Results American Customer Satisfaction Index (ACSI) onlayn sorğu xidmətindən istifadə edirik. Bu sorğular qeyri-məcburidir və şəxsi məlumat toplamır. Biz xüsusi məqsədlər üçün digər qısa sorğulardan da istifadə edə bilərik. Onların məqsədləri keçirilməsindən əvvəl izah olunur.
Departamentin Qlobal İctimai Əlaqələr Bürosu (GPA) abunə olan istifadəçilərə e-poçt bülleten mesajlarını çatdırmaq üçün GovDelivery xidmətindən istifadə edir. “GPA’s Office of Global Web” platforması Departamentin GovDelivery Xidmətinin icraçısı kimi xidmət göstərir və Departamentinin daxilində e-poçt bülletenləri göndərmək, mövzular yaratmaq və ya silmək imkanına malik olduğu şəxslərə nəzarət edir. GovDelivery istifadəçiyə www.state.gov saytındakı xəbərlərə və məlumatlara internet səhifədən abunə olmağa imkan verən e-poçt abunə idarəetmə sistemidir. GovDelivery istifadəçisi onu maraqlandıran xüsusi mövzuları seçir. Həmin mövzu ilə bağlı məlumat Departament tərəfindən təqdim edildikdə, həmin mövzuya abunə olmuş istifadəçi e-poçt məktubu alır.
İstifadəçilərin abunə profili onların e-poçt ünvanından və e-poçta almaq istədikləri mövzulardan ibarətdir. İstifadəçi istədiyi mövzular barədə məlumatlar almaq üçün öz abunə profilini tam şəkildə fərdiləşdirə, idarə edə bilər və istənilən vaxt abunəyə xitam verə bilər.
Biz GovDelivery xidmətindən aşağıda göstərilən məqsədlər üçün istifadə etməyəcəyik: 1) istifadəçi tərəfindən seçilmiş mövzulara aid olmayan e-poçt mesajları üçün; 2) şəxsiyyəti müəyyən edən məlumatlarını əldə etmək üçün; və 3) Məxfilik Şöbəsindən icazə əldə etmədən şəxsiyyəti müəyyənləşdirən məlumatın axtarışı üçün.
GovDelivery sistemi vasitəsilə istifadəçi tərəfindən təqdim edilən şəxsi məlumatdan yalnız qanun, fərman və ya qaydalar çərçivəsində məqsədlərimiz üçün minimal şəkildə istifadə edəcəyik.
Departament və GovDelivery sistemi Məxfilik İdarəsindən icazəsi olmadan heç vaxt istifadəçinin abunə profilini (e-poçt ünvanı daxil olmaqla) paylaşa bilməz.
“Kukilər” ya seans müddətində istifadə olunan (sessiya kukiləri) və ya istifadəçini və ya növbəti dəfə vebsayta daxil olduqda həmin istifadəçi haqqında məlumatları müəyyən etmək üçün onun sabit diskində saxlanılan kiçik mətn parçalarıdır (davamlı kukiləri). Kompüterdə seans və ya daimi kukilərin saxlanmasını istəmirsinizsə, brauzerinizdə kukilərini söndürə bilərsiniz. Veb saytlarımızdakı bütün məlumat və resurslara girişiniz olacaq, lakin kukilərin söndürülməsi bəzi veb-saytların fəaliyyətinə təsir göstərə bilər. Nəzərə alın ki, brauzerinizdə kukiləri söndürmək işlədiyiniz etdiyiniz bütün digər vebsaytlarda da kuki istifadəsinə təsir edəcək.
Bu vebsayt 13 yaşından kiçik uşaqlar üçün təhsil məzmunu təklif edə bilər. Departamentin veb-saytı 13 yaşından kiçik uşaqlar haqqında məlumat toplamaq niyyəti olduğu halda Uşaqların Onlayn Məxfiliyinin Mühafizəsi Qanununa uyğun məlumat və təlimatlar təqdim edəcəyik. Veb səhifəsində məlumatın nə üçün istifadə ediləcəyi, onun kim tərəfindən nəzərdən keçiriləcəyi və saxlanılma müddəti dəqiq göstəriləcək.
Bu saytda digər federal agentliklərin, beynəlxalq agentliklərin, özəl təşkilatların və bəzi kommersiya qurumlarının vebsaytlarına keçidlər ola bilər. Nəzərə alın ki, başqa sayta daxil olduqdan sonra yeni saytın məxfilik və təhlükəsizlik siyasətlərinə tabe olursunuz. İstifadə etdiyiniz istənilən vebsaytın məxfilik siyasətini oxumaq zəruridir. Biz əlaqələndirilmiş saytda olan məlumatların düzgünlüyünə, uyğunluğuna, vaxtında və ya tamlığına nəzarət etmirik və ya zəmanət vermirik. Biz həmçinin əlaqə saxladığımız saytları saxlayan təşkilatları və ya şəxsləri, onların ifadə etdikləri fikirləri və ya təklif etdikləri hər hansı məhsulu/xidmətləri dəstəkləmirik.
Məxfilik siyasətimiz və ya məlumatlarınızın istifadəsi ilə bağlı hər hansı sualınız olarsa, bizə öz rəyinizi bildirməyinizi xahiş edirik. Məxfiliyə uyğunluq materiallarımız, Məxfiliyə Təsirin Qiymətləndirilməsi (PIA) və Qeydlər Sistemləri Bildirişləri (SORN), www.state.gov/privacy saytında mövcuddur. Məxfilik Siyasətimiz haqqında əlavə məlumat üçün Privacy@state.govor Məxfilik Ofisi ilə əlaqə saxlayın:
Office of Global Information Services
Privacy Office – A/GIS/PRV
State Annex 9
U.S. Department of State
Washington, DC 20006
Bu məlumat sonuncu dəfə 2020-ci ilin iyun ayinda yenilənib
Please call: (+99412) 488-3300
Outside of Office Hours, contact: (202-647-5225/5226
Outside of Azerbaijan: 1-888-407-4747
Fövqəladə hallarda əlaqə – All Locations Səyahət Xəbərdarlığı alın Valideynlər tərəfindən beynəlxalq uşaq oğurluğu ABŞ vətəndaşının həbsi ABŞ vətəndaşının ölümü Cinayət qurbanları Təcili Maliyyə Yardımı