Flag

An official website of the United States government

təfərindən
2 Qısa icmal
Dekabr 24, 2022

Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın Ermənistan Milli Təhlükəsizlik Şurasının Katibi Armen Qriqoryan və Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev arasında olan telefon danışıqları ilə bağlı bəyanat

 

Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bu gün Ermənistan Milli Təhlükəsizlik Şurasının Katibi Armen Qriqoryan və Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə ayrıca danışıb. Bu telefon danışıqlarında onlar sentyabrın 27-də Vaşinqtonda keçirdikləri birgə görüşdən sonra Avropa İttifaqı və ABŞ-nin dəstəyi ilə aparılan sülh danışıqlarında əldə olunan irəliləyişləri qiymətləndiriblər. Hər bir tərəf sülh sazişini yekunlaşdırmaq məqsədi ilə danışıqlara sadiq olduqlarını təsdiq etdi. Cənab Sallivan hər iki tərəfi gərginliyi azaldacaq və gələcəkdə mehriban qonşuluq münasibətlərinin əsasını təşkil edəcək addımları nəzərdən keçirməyə çağırıb. Cənab Sallivan Laçın dəhlizinə maneələrin yaranması və cari vəziyyətdə artan humanitar fəsadlar ilə bağlı narahatlığımızı qeyd etdi və dəhliz vasitəsilə sərbəst hərəkətin tam bərpasına çağırdı.