Regional ingilis dili ofisinin rəhbəri Timoti Kolins Azərbaycanda səfərdə olub

Regional ingilis dili ofisinin rəhbəri Timoti Kolins bu yaxınlarda Azərbaycanda səfərdə olub. Səfərin məqsədi Mingəçevir və Yevlax rayonunda məcburi köçkün məktəbliləri üçün ABŞ dövləti tərəfindən maliyyələşdirilən Access İngilis dili təqaüd proqramının müşahidə etməkdir. Cənab Kolins həmçinin, Gəncə Dövlət Universiteti və Gəncə Amerika güşəsini ziyarət etdi. Access İngilis dili təqaüd proqramı ABŞ Dövlət departamentinin Təhsil və Mədəniyyət Bürosu tərəfindən dəstəklənir. Proqramın əsas məqsədi 13-20 yaş arası gənclərə məktəbdən sonra intensiv ingilis dili dərsləri keçməkdir. Proqram məcburi köçkün və aztəminatlı ailələrdən olan uşaqlar və gənclər üçün nəzərdə tutulub. Proqram iştirakçıları ingilis dilini təkmilləşdirmək, daha yaxşı iş imkanları əldə etmək və mübadilə proqramlarında iştirak etmək imkanını qazanmış olurlar. Proqram 2005-ci ildən 80-dən çox ölkədə fəaliyyət göstərir və bu müddət ərzində 95 000 çox məktəbli və gənc proqramdan faydalanıb.