Dövlət Katibinin açıqlaması: Suriyadakı Kimyəvi Silahların davamlı istifadəsi ilə bağlı Rusiyanın məsuliyyətinə dair şərhlər

DÖVLƏT KATİBİ TİLLERSON:

Kimyəvi Silahların İstifadəsinin Cəzasız Qalmasına qarşı Beynəlxalq Tərəfdaşlıq Təşəbbüsünün imzalanma mərasiminə ev sahibliyi etdiyi üçün xarici işlər naziri Le Driana yenidən təşəkkür etmək istəyirəm.

Bu görüş iki məsələ haqqında idi: kimyəvi silah hücumlarını dayandırmaq və bu cür silahlardan istifadə edən və ya istifadə edənlərə şərait yaradanların cəzadan boyun qaçırmağına imkan verməmək. Bu silahların insanlara nə etməyə qadir olduğunu göstərmək üçün Suriyadakı Şərqi Qutaya baxmaq kifayətdir. Təkcə dünən əksəriyyəti uşaqlardan ibarət olmaqla 20-dən çox mülki şəxs xlor qazı hücumunun qurbanı oldu.

Şərqi Qutadakı son hücumlar, Suriyadakı Bəşər Əsəd rejiminin öz xalqına qarşı kimyəvi silah istifadəsini davam etdirə biləcəyi barədə ciddi narahatlıqlar doğurur. Hücumları təşkil edənin kimliyindən asılı olmayaraq, Rusiyanın Suriya məsələsinə cəlb olunmasından sonra, Rusiya Şərqi Qutadakı və kimyəvi silıahların hədəfi olmuş saysız-hesabsız digər suriyalı qurbanlar ilə bağlı məsuliyyət daşıyır.

2013-cü ilin sentyabrında Rusiya Suriyadakı kimyəvi silahların aradan qaldırılmasına çərçivə sənədi – ABŞ və Rusiya arasında Suriyanın bütün kimyəvi silah ehtiyatlarının təsdiqlənə bilən məhv edilməsinə dair diplomatik anlaşma,  üzrə danışıqlar apardı və razılığa gəldi

Beləliklə, Rusiya Suriyalı müttəfiqlərinin kimyəvi silahlarının istifadəsini dayandırmasını və beynəlxalq nəzarət altında məhv edilmək üçün kimyəvi silah ehtiyatını tamamilə bəyan etməsini təmin etmək üçün öhdəsinə məsuliyyət götürdü.

ABŞ-Rusiya diplomatik çərçivə sənədi Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının İcra Şurasının və BMT Təhlükəsizlik Şurasının 2118 saylı qərarı təsdiqləndi.

Bundan əlavə, 2015-ci ilin mart ayında Rusiya BMT Təhlükəsizlik Şurasının 2209 saylı qətnaməsinin qəbul edilməsini dəstəkləyib. Qətnamədə  zəhərli, o cümlədən xlorlu kimyəvi maddələrin istifadəçilərinin məsuliyyətə cəlb edilməli olduğunu vurğulanır.

Rusiya bu öhdəlikləri yerinə yetirməyib. 2000-ci ildən- 2014-cü ilin aprelinə qədər, Suriyanın qanunsuz olaraq kimyəvi silahlara malik olduğunu və öz xalqına qarşı istifadə etdiyini sübut edən dəlillərin sayı artmışdır.

KSQAT-nın Faktaraşdırıcı Missiyası, Suriyada xlor qazının da silah kimi istifadəsi daxil olmaqla kimyəvi silahlardan çoxsaylı istifadəni təsdiqlədi.

4 aprel zarin hücumu da daxil olmaqla, bu hadisələrin bəziləri daha sonra BMT Təhlükəsizlik Şurasının 2235 saylı qətnaməsi ilə 2015-ci ilin avqustunda Rusiyanın tam dəstəyi ilə yaradılmış müstəqil ekspertlərin müstəqil qrupu olan KSQT BMT Birgə İstintaq mexanizmi tərəfindən Suriyaya aid edildi .

Suriyalı müttəfiqini qoruyan Rusiyanın, çərçivə təminatçısı olaraq ABŞ qarşısında öhdəliklərini pozması inkar edilə bilməz. Rusiya Kimyəvi Silahlar Konvensiyası və BMT Təhlükəsizlik Şurasının 2218 saylı qətnaməsinə xəyanət etdi və bu hallarda Birləşmiş Təşkilatının Təhlükəsizlik Şurasının birgə araşdırma mexanizmini tətbiq etmək və mandatını davam etdirmək üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinə iki dəfə veto qoydu.

Rusiyanın Suriyadakı kimyəvi silah problemini həll edə bilməməsi, ümumi böhranın həll edilməsinə aidiyyətini sual atında qoyur. Ən azı, Rusiya bu məsələyə veto qoymamalı və Təhlükəsizlik Şurasında gələcək səsvermədən çəkinməlidir.

Kimyəvi silah istifadə edənlərin məsuliyyətə cəlb edilməsini təmin etmək üçün bu gün 25-ə yaxın həmfikir ölkə buradadır. Fransa, Birtləşmiş Krallıq, Almaniya, Türkiyə və bir çox digərləri bu gün Kimyəvi Silahlar Konvensiyasını və bu sənədin dəhşətli silahlardan azad bir dünyaya olan baxışını dəstəkləmək üçün buradadırlar.

Bu tərəfdaşlığı kimyəvi silahlarn istifadəsi haqqında daha geniş məlumat o cümlədən sanksiyalar barədə məlumatların mübadiləsini asanlaşdırmaq, informasiyanın toplanılması, bu cür məlumatların qorunması və cavabdeh tərəfləri məsuliyyətə cəlb etmək üçün tərəfdaş dövlətlərin imkanlarını gücləndirmək  üçün istifadə edəcəyik. Bu təşəbbüs kimyəvi silahlardan istifadə ilə hücum əmri verənlərə və bunu icra edənlərə bir xəbərdarlıqdır. Siz bəşəriyyətə qarşı cinayətlərinizə görə hesab verməli olacaqsınız və sizin qurbanlarınız ədalətin bərqərar olmasının şahidi olacaqdır.

Biz məsuliyyətli və sivil ölkləri kimyəvi silahlardan istifadəyə son qoymağa çağırırıq. Seçim sizinidir. Şərqi Quta əhalisi və bütün dünya əhalisi izləyir.

Sağ olun.