Rusiya öz istikrarsızlaşdırıcı davranışına görə məsuliyyət daşıyır

4 mart tarixində Rusiya Salisburidə bir İngilis vətəndaşı və qızını öldürməyə cəhd etmək üçün hərbi dərəcəli əsəb-iflic qazı istifadə etdi. Bizim müttəfiqimiz Birləşmiş Krallığa qarşı edilən bu hücum saysız günahsız insanların həyatını təhlükəyə atdı və üç nəfərin, o cümlədən bir polis məmurunun ciddi yaralanması ilə nəticələndi. Beynəlxalq hüquqa zidd olaraq Kimyəvi Silahlar Konvensiyasının belə təhqiramiz pozulmasına cavab olaraq, bu gün ABŞ Rusiyanın ikitərəfli missiyasında vəzifə yerinə yetirən 48 Rusiya səlahiyyətlisini ABŞ-dan xaric edəcək. Biz həmçinin 2018-cı il aprelin 2-dək Rusiya hökumətindən Siatldakı Baş Konsulluğun bağlanmasını tələb edəcəyik. Biz bu addımları Birləşmiş Krallığa olan sarsılmaz həmrəyliyimizi nümayiş etdirmək və beynəlxalq normaları davamlı şəkildə pozduğu üçün Rusiyanı bunun ciddi nəticələrilə üzləşdirmək üçün atırıq.

Ayrıca olaraq, biz Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı missiyasından 12 kəşfiyyat işçisinin ABŞ-da yaşamaq imtiyazlarından sui-istifadə etdikləri üçün ölkədən çıxarılması prosesinə başlamışıq.

Birləşmiş Ştatlar Rusiyanı öz hərəkətlərinə görə məsuliyyəti qəbul etməyə və dünyaya BMT Təhlükəsizlik Şurasının üzvü olaraq beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək naminə beynəlxalq öhdəlikləinrə və məsuliyyətlərinə uyğun yaşamağa qadir olduğunu göstərməyə çağırır.