Səfir Hoqlandın ATƏT-ın Minsk Qrupunun Həmsədri vəzifəsinə təyın olunub

2017-ci ilin yanvarından etibarən Səfir Riçard E. Hoqland müvəqqəti olaraq Amerika Birləşmiş Ştatlarının Avropada Təhlükəsizlik və Tərəfdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun həmsədri vəzifəsini icra edəcək. O, dekabrın 31-i sözügedən vəzifədən istefa verən Səfir Ceyms B. Uorliki əvəz edəcək.

Səfir Hoqland diplomatik sahədə 30 ildən çox təcrübəyə malikdir. O, 2003-2006 illərdə Tacikistanda və 2008-2011 illərdə Qazaxıstanda ABŞ-ın Səfiri, 2011-2013 illərdə isə Pakistanda Səfir Müavini kimi çalışmışdır. Səfir Hoqland bu yaxında Siriyada Zorakılığın Dəyandırılması sahəsində ABŞ-Rusiya əlaqələndirmə fəaliyyətlərinə rəhbərlik etmiş, Vaşinqtonda Dövlət Departamentində Cəbub və Mərkəzi Afrika məsələləri üzrə Dövlət Jatibinin Köməkçisinin Müavini kimi çalışmışdır. Bundan öncə isə, Səfir Hoqland Avropa və Avrasiya Məsələləri üzrə Bürosunda Qafqaz və Mərkəzi Asiya Ofisinə rəhbərlik etmişdir və ABŞ-in Moskvadaki Səfirliyinin sözçüsü olmuşdur.

Birləşmiş Ştatların Dağlıq Qarabağ münəqişəsinin dinc həllinin tapılması üçün tərəflərlər işlədiyi bir vaxtda Səfir Hoqlandın diplomatik sahədə topladığı geniş təcrübə mühüm əhəmiyyət daşıyacaq. Birləşmiş Ştatlar tərəfləri atəşkəsə dair öhdəliklərə sadiq qalmağa və Viyana və Sankt Peterburqda əldə olunan razılıqları icra etməyə, və həmçinin bütün tərəflərə fayda gətirən danışıqlar prosesinə dönməyə çağırır. Səfir Uorliki daimi əvəz edən şəxsin adı sonra açıqlanacaq.   »