Lee Litzenberger, a career member of the Senior Foreign Service, class of Minister Counselor, was confirmed by the U.S. Senate January 2, 2019 as U.S. Ambassador to Azerbaijan.
Amerika Birləşmiş Ştatlarının Xarici Diplomatiya Xidməti sahəsində Nazir Müşavir səviyyəsinə malik olan Li Litzenberqerin ABŞ-in Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi ABŞ Senatı tərəfindən 2 yanvarda 2019-cu ildə təsdiqlənmişdir.
Səfir Litzenberqer Dövlət Departamentinin Siyasi və Hərbi Məsələləri Bürosunda Baş Məsləhətçi və Yüksən Səviyyəli Büro Rəsmisi çalışmışdır. O, həmdə Brüsseldə ABŞ-ın NATO-dakı Missiyasının rəhbər müavini (2014-2017), ABŞ-ın Belqradda (2010-2013) və Bişkekdə (2006-2009) yerləşən səfirliklərində səfir müavini çalışmışdır. O, 2013-2014-cü illərdə Əfqanıstanın paytaxtı Kabulda NATO-nun ali mülki nümayəndəsinin müavini çalışmışdır.
Səfir Litzenberqerin xaricdə digər tutduğu vəzifələr arasında Brüsseldə Avropada Birliyində, ABŞ-ın Qazaxıstan, Bolqarıstan, Əl Cəzayirdə yerləşən səfirliklər və Marseldə fəaliyyət göstərən ABŞ-ın Baş Konsulluğu daxildir. O, Vaşinqtonda Dövlət Departamentində Dövlət Katibinin Müavinin Ofisində və Almaniyanın Marşal Fondunda Dövlət Departamentinin baş rəsmisi vəzifələridə daxil olmaqla bir neçə vəzifədə çalışmışdır.
Səfir Litzenberqer Midlberri Kollecini bakalavr dərəcəsi ilə bitirmiş və ABŞ-ın Hərbi Kollecinin Strateji Araşdırmalar Bölümünü magistr dərəcəsini başa vurmuşdur. O, Fransız, Rus, Bolqar, Serb və Xorvat dillərini bilir.
Səfir Litzenberqerin iki övladı və iki nəvəsi var.