Səfir Li Litzenberqer məcburi köçkünlər üçün iftar tədbirinə ev sahibliyi edib

ABŞ-ın Azərbaycandakı Səfiri Li Litzenberqer Bakının Yeni Ramana qəsəbəsində məcburi köçkünlər üçün iftar tədbirinə ev sahibliyi edib. İftar süfrəsinə Şuşa rayon Malibəyli kənd məktəbində Səfirlik tərəfindən dəstəklənən ingilis dili proqramında iştirak edən uşaqların ailələri də iştirak edib.

Səfir Litzenberqer öz çıxışında qeyd edib: “Tolerantlıq il boyu vacibdir, lakin Ramazan ayı ərzində bu və digər dəyərləri öz həyatımıza və uşaqlarımızın həyatlarına necə daxil edəcəyimiz barədə düşünmək xüsusi əhəmiyyət kəsb edir”.

ABŞ-da Ramazan ayı Tunisin ABŞ-dakı səfiri Sidi Süleyman Mellimellinin şərəfinə Prezident Tomas Ceffersonun iftar naharından başlayaraq 200 ildən artıqdır ki, qeyd olunur. Hal-hazırda 3 milyondan çox amerikalı müsəlman Ramazanda bir araya gələrək sülh, xeyriyyəçilik və bağışlama kimi ümumi dəyərlərimiz barədə düşünür.