səfir Litzenberger “Avrasiyanı birləşdirən: Ağıllı Limanlar və Dəmiryolları” adlanan üç günlük forumun i
Limanlar və dəmir yolu şəbəkələri, xüsusən Azərbaycan və ABŞ kimi ölkələrin iqtisadiyyatlarının inkişaf etməsində mühüm rol oynayır. Dünən səfir Litzenberger “Avrasiyanı birləşdirən: Ağıllı Limanlar və Dəmiryolları” adlanan üç günlük forumun ilk iclasında çıxış edərək Amerika şirkətlərinin Azərbaycanı regional nəqliyyat və logistika mərkəzi kimi təşviq etməkdə vacib rolunu vurğuladı. Təkcə Amerika Birləşmiş Ştatlarında nəqliyyat sektoruna 1,6 trilyon dollardan çox sərmayə yatıran Amerika şirkətləri bu sahədə dünya liderləridir və Azərbaycanda bu böyüyən sektora ən müasir texnologiyalarla və xidmətlərlə öz töhfələrini verə biləcəklər.