Səfir Litzenberger Azərbaycanın 2020 İnnovasiya Həftəsi Samitinə qatıldı
Dünən səfir Litzenberger Azərbaycanın 2020 İnnovasiya Həftəsi Samitinə qatıldı və start-up sahəsində ABŞ-Azərbaycan əməkdaşlığı barədə danışdı. Amerika dünyanın ən böyük və ən uğurlu start-up icmalarının mühüm bir hissəsinə ev sahibliyi edir, orada dünyanın müxtəlif yerlərindən sahibkarlar öz fikirlərini start-up layihələrə çevirmək istiqamətində birlikdə çalışırlar. Səfir Litzenberger çıxışında yeniliyi təşviq etmək üçün əqli mülkiyyətin qorunmasının vacibliyini və “Huawei” kimi etibarsız texnologiya satıcıları ilə ortaqlığın təhlükələrini vurğuladı. Amerika Birləşmiş Ştatları, 2021-ci ildə Azərbaycan və ABŞ-ın yeni start-uplarda geniş əməkdaşlıq edəcəyinə ümid edir. Azərbaycana potensial investorlar cəlb etmək haqqında nə deyərdiniz?