Flag

An official website of the United States government

Səfir Litzenberger Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevlə Şamaxı rayonunun Məlhəm k
təfərindən
2 Qısa icmal
Mart 9, 2021

 

Bu gün səfir Litzenberger Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevlə Şamaxı rayonunun Məlhəm kəndini ziyarət edib. Səfər zamanı nazir və səfir Amerikanın hava texnologiyaları şirkəti Baron Weather şirkəti ilə birgə hava proqnozu stansiyasını istifadəyə verdilər. Bu tərəfdaşlıq ABŞ ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın iki ölkə üçün necə fayda gətirdiyinin növbəti gözəl nümunəsidir. Səfir eyni zamanda ağac əkmə mərasimində iştirak edib və iqlim dəyişikliyinin yaratdığı problemlərin həlli üçün nəzərdə tutulan təşəbbüsü alqışlayıb.
ABŞ-ın olduğu kimi, Azərbaycanın da bölgələri böyük iqtisadi potensiala malikdir. Kənd sakinlərinin hər iki ölkənin iqtisadiyyatında oynadığı roldan qürur duyuruq!