Səfir Litzenberger BakuTel Sərgisini ziyarət edib

Səfir Litzenberger BakuTel Sərgisini ziyarət edərək ABŞ-ın Avigilon, Avirtel, Oracle və Seabak texnoloji şirkətlərinin təşkil etdikləri birgə pavilyonu ilə tanış olmuşdur. Butun sərgilər arasında birinci yeri qazanan bu pavilyona İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyeva da baş çəkiblər! Sonra BakuTel sərgisinin iştirakçıları üçün qəbula ev sahibliyi edən səfir Litzenberger Amerika şirkətlərinin etimadlı və etibarlı məlumat və telekommunikasiya məhsulları sayəsində müştərilərə verdikləri dəyərli xidmətlər barədə danışmışdır.