Səfir Litzenberger BMT-nin Azərbaycandakı rezident rezident əlaqələndiricisini ABŞ səfirliyində qəbul edib
Səfir Litzenberger, BMT-nin Azərbaycandakı rezident rezident əlaqələndiricisi Vladanka Andreyevanı ABŞ səfirliyində qəbul edib. Səfirlik olaraq BMT və Azərbaycandakı digər beynəlxalq təşkilatlarla müxtəlif layihələr və ortaq prioritetlər üzərində işləməkdən məmnunuq. Misal olaraq, COVID-19 virusunun yayılmasını azaltmaq qlobal səylərimizdən biridir. Birgə əməkdaşlığımız sayəsində bu təhlükəli xəstəliyin yayılmasını azaltmaq üçün on minlərlə azərbaycanlıya köməklik göstərmişik.